Azərbaycanlı TIR sürücüsü 3 aydır sərhədi keçə bilmir - VİDEO

Azərbaycanlı TIR sürücüsü 3 aydır ki, Gürcüstanda qalıb və sərhədi keçə bilmir.
Sürücü Aqil İsrafilov iddia edir ki, idarə etdiyi şokolad yüklü TIR fevralın 4-də Batumi şəhərində qəzaya uğrayıb.
Nəticədə qəzalı vəziyyətdə olan körpü uçub, sürücünün idarə etdiyi avtmobil isə aşıb. Bundan sonra hadisə yerinə gələn polis sürücüyə 61 min lari, yəni 38 min manat cərimə yazıb.
Zərərçəkmiş sürücü deyir ki, Türkiyədən götürdüyü şokoladı Rusiyaya aparırmış və Gürcüstandan tranzit olaraq keçirmiş. Sürücü iddia edir ki, qəzadan sonra onun başı qarışıq olduğu üçün yükün yarısı da oğurlanıb.
Xarici İşlər Nazirliyindən bildirildi ki, yol-nəqliyyat hadisəsi keçirən sürücü bu barədə Azərbaycanın Gürcüstandakı səfirliyinə müraciət etsin.
Daha ətraflı videomaterialda.
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY












