"Azerspace-3" peyki 2029-cu ilin sonuna qədər istismara buraxılacaq" - Şahin Babayev

"Azerspace-3" telekommunikasiya peykinin 2029-cu ilin sonuna qədər istismara buraxılması nəzərdə tutulur.
Avtosfer.az xəbər verir ki, bu barədə "Report"a müsahibəsində "AZCON Holding"in icraçı direktoru Şahin Babayev bildirib.
Onun sözlərinə görə, hazırda Azərbaycan Kosmik Agentliyi ("Azərkosmos") həm telekommunikasiya peyk xidmətləri, həm də müşahidə peykləri sahəsində fəaliyyətini artırır: "Yerin müşahidə peyklərindən olan "Azersky-2A" peyki ilə əlaqədar layihə davam etdirilir və bu istiqamətdə işlərin 2029-cu ilin sonuna qədər yekunlaşdırılması planlaşdırılır".
Ş.Babayev bildirib ki, eyni zamanda "Azerspace-1" telekommunikasiya peykinin istifadə müddətinin başa çatmasını nəzərə alaraq, "Azerspace-3" peykinin 2029-cu ilin sonunadək istismara buraxılması nəzərdə tutulur: "Beləliklə, "Azərkosmos" həm Yerin müşahidə peyki, həm də telekommunikasiya peyki xidmətləri sahəsində fəaliyyət istiqamətlərini daha da genişləndirmiş olacaq".
Trampdan İlham Əliyevə xüsusi dəvət
Mehdiyevin kitabları kitabxanalardan yığışdırılır - YOXLAMALAR BAŞLANILDI
Oxucuların diqqətinə: Prezident İlham Əliyevin rəsmi sosial şəbəkə hesablarını izləyin
Mərkəzi Asiyadan Azərbaycana yeni enerji axını mümkündürmü? - AÇIQLAMA
Avtomobillə işə gedənlərin NƏZƏRİNƏ!
İlham Əliyev İspaniya Kralına başsağlığı verib
Azərbaycanda mikrokredit bazarı genişlənir: Vətəndaşları nə gözləyir?
Dərsə və işə gedənlərin PROBLEMİ - M6 avtobusu niyə 40 dəqiqə gecikir? - VİDEO
İş başında təzyiqə və zorakılığa məruz qalan jurnalistin hüquqları necə qorunmalıdır? - RƏY
Məktəbdə jurnalistləri döyən üç nəfər məsuliyyətə cəlb edilib - VİDEO
Orta Dəhlizdə yeni mərhələ: Azərbaycan üçün hansı imkanlar yaranır? – EKSPERT












