«Azəryolservis» Heydər Əliyev prospektinə 4 gün vaxt qoydu

Heydər Əliyev prospektinin daha bir hissəsi də təmirə bağlanıb. Yolun yaxın 3-4 gün ərzində istifadəyə veriləcəyi deyilir. Avtosfer.az ans-ə istinadən xəbər verir ki, Heydər Əliyev prospektində yolda təmir işlərilə əlaqədar olaraq əsas hissə bağlanıb. Həmin istiqamətdə maşınların hərəkətinə məhdudiyyət qoyulub. Heydər Əliyev prospektinin şəhər istiqamətindən Böyük Şor qovşağına qədər olan hissəsi təmirə dayanıb. Kommunikasiya quyularının baxış qapaqlarının dəyişdirilməsi işləri aparılır. Frez mexanizmi vasitəsilə asfalt-beton örtüyü qaşınır. Bu işlər yekunlaşdıqdan sonra isə yola yeni asfalt-beton örtüyü vurulacaq. Həmçinin səki daşlarının da dəyişdirilməsi işləri aparılır. Köhnə daşlar mərmər daşlarla əvəzlənir. Böyük Şor qovşağından Bağırov körpüsünə qədər xətlənmə işləri isə artıq yekunlaşıb. Yolda asfalt-beton örtüyünün vurulması işləri tamamlanıb.
“Bağırov körpüsünə qədər olan yolun hərəkət hissəsində xətlənmə işləri yerinə yetirilib. Ayrıcı zolağa tamet daşların düzülməsi və eyni zamanda zəruri olan hissələrdə kanalizasiya sisteminin, yəni barmaqlıqların quraşdırılması işləri həyata keçirilir”, – deyə “Azəryolservis” ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev bildirdi.
İşlərin yaxın 4 gün ərzində görülüb qurtarması planlaşdırılır.
Azərbaycanda Instagram və TikTok-a giriş BAĞLANDI - Nə baş verir?
Bu yollarda tıxac var - SİYAHI
Ukraynada seçkilər keçiriləcək - ZELENSKİ AÇIQLADI
Vahid forma məktəblərdə subyektiv yanaşmaların qarşısını alacaq - AÇIQLAMA
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - Ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Jurnalistikada bakalavr təhsili alan tələbələrin ixtisaslaşdırılması niyə aparılmır? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA












