“AzInTelecom” “AI GITEX Kenya 2026” texnologiya sərgisində təmsil olundu - FOTOLAR

“AzInTelecom” MMC Keniyada keçirilən, Afrikanın ən böyük texnologiya və süni intellekt sərgilərindən biri “AI GITEX Kenya 2026”da iştirak edib.
Avtosfer.az xəbər verir ki, innovasiya və süni intellekt sahəsində fəaliyyət göstərən şirkətlər və ekspertləri bir araya gətirən tədbirdə “AzInTelecom” stendlə təmsil olunub.
Şirkətin “AI GITEX Kenya 2026”da iştirakının başlıca hədəfi qlobal texnologiya arenasında öz mövqeyini daha da gücləndirmək, xarici tərəfdaşlarla strateji əməkdaşlıq əlaqələrini inkişaf etdirmək və rəqəmsal məhsullarını beynəlxalq miqyasda nümayiş etdirmək olub.
Tədbirdə şirkətin Kommersiya departamentinin direktoru Fərrux Fərəcullayev çıxış edərək böyükhəcmli dataların idarə olunmasında süni intellektin rolundan danışıb. O, bu sahədə yaranan nəhəng məlumat axınının təhlükəsiz şəkildə emal edilməsi üçün “AzInTelecom”un təklif etdiyi rəqəmsal infrastruktur imkanlarını diqqətə çatdırıb.
Sərgi iştirakçıları tərəfindən şirkətin rəqəmsal məhsul və xidmətlərinə maraq göstərilib, təqdim olunan innovativ həllər barədə ziyarətçilərə məlumat verilib.
“AzInTelecom” haqqında
“AZCON Holding” şirkətlərindən olan “AzInTelecom” MMC bulud həlləri, rəqəmsal identifikasiya və kiberbəhlükəsizlik sahəsində ixtisaslaşmış texnologiya şirkətidir. 2015-ci ildən fəaliyyət göstərən şirkət “Hökumət buludu” və SİMA rəqəmsal imza kimi ölkəmiqyaslı layihələrin provayderidir. “AzInTelecom” MMC müştərilərə daim təhlükəsiz, dayanıqlı və əlçatan xidmətlər təklif etməklə ölkədə rəqəmsal transformasiyanın sürətləndirilməsinə və innovativ texnologiyaların tətbiqinə töhfə verir.





Trampdan İlham Əliyevə xüsusi dəvət
Mehdiyevin kitabları kitabxanalardan yığışdırılır - YOXLAMALAR BAŞLANILDI
Oxucuların diqqətinə: Prezident İlham Əliyevin rəsmi sosial şəbəkə hesablarını izləyin
Mərkəzi Asiyadan Azərbaycana yeni enerji axını mümkündürmü? - AÇIQLAMA
Avtomobillə işə gedənlərin NƏZƏRİNƏ!
İlham Əliyev İspaniya Kralına başsağlığı verib
Azərbaycanda mikrokredit bazarı genişlənir: Vətəndaşları nə gözləyir?
Dərsə və işə gedənlərin PROBLEMİ - M6 avtobusu niyə 40 dəqiqə gecikir? - VİDEO
İş başında təzyiqə və zorakılığa məruz qalan jurnalistin hüquqları necə qorunmalıdır? - RƏY
Məktəbdə jurnalistləri döyən üç nəfər məsuliyyətə cəlb edilib - VİDEO
Orta Dəhlizdə yeni mərhələ: Azərbaycan üçün hansı imkanlar yaranır? – EKSPERT












