“AzParking”də avtomobilə dəyən ziyana görə kim məsuliyyət daşıyır? - Rəsmi açıqlama

“AzParking”dəki maşınlara dəyən ziyanın kim tərəfindən ödənilməsi müzakirələrə səbəb olub.
Oxu.az xəbər verir ki, bu barədə sosial şəbəkədə şikayət paylaşılıb.
Şikayətdə qeyd olunur ki, vətəndaşın avtomobilini “AzParking”də saxladığı zaman cızıblar. “AzParking" nəzarətçilərinə bu haqda deyəndə isə ona bildirilib ki, “biz maşınları mühafizə etmirik”.
“O zaman biz pulu “AzParking”ə niyə ödəyirik?”- deyə vətəndaş sual edib.
Məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) sorğu ünvanladıq.
Agentliyin mətbuat katibi Tural Orucov bildirib ki, parklanma məntəqəsində avtomobillə bağlı hər hansı bir neqativ hala görə AYNA məsuliyyət daşımır.

“Bakı şəhərinin inzibati ərazisində dövlət avtomobil yollarında təşkil edilmiş parklanma yerlərinin yeni qaydalar əsasında idarə edilməsi, bu sahədə nizam-intizamın yaradılmasına, qanunsuz pul yığımının qarşısını almaqla maliyyə şəffaflığının təmin olunmasına xidmət edir. Parklanma məntəqəsində avtomobili park edən sürücülər mühafizəyə görə deyil, parklanma yerinin istifadəsinə görə ödənişləri edirlər. Parklanma məntəqəsində avtomobillə bağlı hər hansı bir neqativ hala görə isə AYNA məsuliyyət daşımır. Parklanmaya nəzarət edən xüsusi ayrılmış əməkdaşların hər məntəqədə olması mütləq və məcburi deyil. Hər bir parklanma məntəqəsində parklanmanın və ödənişlərin həyata keçirməsi qaydalarını əks etdirən lövhələr quraşdırılıb. Sürücülər məlumat lövhələrindəki informasiya uyğun olaraq parklanma prosesini reallaşdıra bilərlər”, - deyə T.Orucov vurğulayıb.
Daşkənddə Nizami Gəncəvi adına Milli Pedaqoji Universitetin açılışı olub - FOTO
Prezidentin şərəfinə verilən ziyafətdə möhtəşəm ifa - VİDEO
Daşkənddə Azərbaycan-Özbəkistan sənədlərinin imzalanması və mübadiləsi mərasimi olub - FOTO - YENİLƏNİB
Azərbaycan və Özbəkistan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - FOTO
Daşkənddə maraqlı anlar: Tələbə İlham Əliyevi Azərbaycan dilində salamladı - VİDEO
Azərbaycanın və Özbəkistanın birinci xanımlarının təkbətək görüşü olub - FOTO
Leyla Əliyevanın Daşkənddən PAYLAŞIMI - FOTO
İlham Əliyev və Mirziyoyev yeni layihələrin açılışında iştirak etdilər - FOTO
Mirziyoyev: "İlham Əliyevin səfəri tarixi hadisədir"
İlham Əliyevdən Zəngəzur dəhlizi ilə bağlı AÇIQLAMA
İlham Əliyev: “Azərbaycanda ikinci avtomobil zavodu tikilir”










