“Aztelekom” daha bir nüfuzlu beynəlxalq mükafata layiq görülüb - FOTO

“AZCON Holding” şirkətlərindən olan “Aztelekom” gigabit sürətli genişzolaqlı internet bağlantısının təmin edilməsində göstərdiyi yüksək nəticələrə görə Ümumdünya Genişzolaqlı Əlaqə Assosiasiyasının (WBBA) təltif etdiyi “Gigacity Champion” mükafatına layiq görülüb.
“Aztelekom”dan Avtosfer.az-a bildirilib ki, “Gigacity Champion” rəqəmsal infrastrukturun inkişafını və genişzolaqlı internet xidmətlərinin yayılmasını təşviq etmək məqsədilə təqdim olunan nüfuzlu beynəlxalq mükafatdır. Bu mükafat şəhərlərin “Gigacity” statusu əldə etmələri üçün müxtəlif qurumların həyata keçirdikləri təşəbbüsləri və yatırılan sərmayələri dəyərləndirir.
Mükafat “Aztelekom” MMC-nin baş direktor vəzifəsini icra edən Həsən Ömərova təqdim edilib.
“Gigacity Champion” mükafatının “Aztelekom” üçün əhəmiyyətini dəyərləndirən H.Ömərov qeyd edib ki, bu mükafatın təqdim olunması Azərbaycanın müxtəlif şəhər və regionlarına yüksəksürətli rabitə xidmətlərinin çatdırılması istiqamətində atılan uğurlu addımların beynəlxalq səviyyədə tanınmasıdır. Eyni zamanda, bu mükafat “Aztelekom”un rəqəmsal transformasiya sahəsindəki uzunmüddətli vizyonuna və bu istiqamətdəki öhdəliklərinə sadiqliyinin bariz göstəricisidir.
Məlumat üçün bildirək ki, son bir il ərzində bu, “Aztelekom”un təltif olunduğu üçüncü mükafatdır. Belə ki, uğurla yekunlaşmış “Onlayn Azərbaycan” meqalayihəsinin əsas operatoru olan “Aztelekom” genişzolaqlı və mobil şəbəkə təhlilləri üzrə qlobal şirkət “Ookla” tərəfindən “Speedtest Award for Fastest Fixed Network” (Ən sürətli Sabit Şəbəkə üzrə Speedtest Mükafatı) və rəqəmsal transformasiya məsələləri üzrə 45 illik beynəlxalq təcrübəyə sahib olan nüfuzlu “IDATE” şirkəti tərəfindən “Ev Təsərrüfatlarının Genişzolaqlı İnternetə Qoşulmasının İnkişafı ilə Bağlı Ən Yaxşı Təcrübə” (Best Practice of Home Broadband Development Award) mükafatlarına layiq görülüb. Hər üç mükafat ölkə tarixində ilk dəfə olaraq sabit şəbəkə internet provayderinə təqdim edilib.
Azərbaycanda cəhalətin təbliğ olunmasına bəzi məmurlar ərvac verir – FAZİL MUSTAFA
Məcburi dayanma etməli olan sürücü hansı qaydalara əməl etməlidir? - EKSPERT
Uşaqlara sosial şəbəkələrdə yaş məhdudiyyəti necə həyata keçiriləcək? - AÇIQLAMA
Bakının küçələrində piyadalar üçün nələr dəyişməlidir? – TƏKLİF
Azərbaycanda Instagram və TikTok-a giriş BAĞLANDI - Nə baş verir?
Həftəyə tıxacla başladıq - SİYAHI
Ukraynada seçkilər keçiriləcək - ZELENSKİ AÇIQLADI
Vahid forma məktəblərdə subyektiv yanaşmaların qarşısını alacaq - AÇIQLAMA
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar












