Bakı avtovağzalında sıxlıq yaşanır - VİDEO

Dörd günlük Ramazan bayramı tətilini fürsət bilənlər rayonlara üz tuturlar.
Ona görə də adi günlərdən fərqli olaraq istər avtobusların, istərsə də kassaların qarşısında sıxlıq müşahidə olunur.
Xezerxeber.az-ın məlumatına görə, Bakı Beynəlxalq Avtovağzal Kompleksindən bildirilib ki, sıxlığa səbəb insanların biletləri öncədən deyil, məhz gedəcəkləri gün almalarıdır.
Əvvəlcədən həm kassadan, həm də onlayn bilet alan sərnişinlər isə heç bir problemlə üzləşməyiblər. Bütün avtobuslar biletdə qeyd edilən vaxtlarda bölgələrə yola düşüb.
Qeyd edək ki, ölkə ərazisindəki bütün avtovağzallar bayramla əlaqədar aprelin 20-dən 25-dək gücləndirilmiş iş rejiminə keçib.
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin mətbuat katibi Tural Orucov deyib ki, sıxlığın qarşısını almaq üçün bütün regionlar üzrə reyslərə əlavə avtobuslar ayrılıb.
Dövlət və özəl sektorda iş saatları dəyişdirilə bilər? – Deputatdan TƏKLİF
Bakıda AQEM-in 7-ci Zirvə Toplantısı keçirilir - FOTOLAR - YENİLƏNİB
Bakıda keçiriləcək sammitdə hansı məsələlər müzakirə olunacaq? – POLİTOLOQ
Bakı Funikulyoru ictimai nəqliyyat sisteminə qoşulsun – Ekpertdən TƏKLİF
150 manat cərimə oluna bilərsiniz - Sürücülərin diqqətinə!
Türkiyədə “ərəbləşmə” və “mollalaşma” müzakirələri – Azərbaycan məsələsi niyə gündəmdədir?
İlham Əliyevin ilk dəfə Prezident seçilməsindən 23 il ötür - VİDEO
Bu yollarda tıxac var - SİYAHI
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY












