Bakı küçələrində yolu kəsib kabusa çevrilən şəxslər KİMDİR? - DİN-dən AÇIQLAMA - VİDEO

Bakı küçələrində qəribə adamlar peyda olub. Avtosfer.az xəbər verir ki, sosial şəbəkələrdə bununla bağlı görüntülər yayılıb. Belə ki, Həsən Seyidbəyli və Mirzağa Əliyev küçələrində sürücülər, geyimləri qəribə olan bu şəxslərlə qarşılaşıblar. Digər tərəfdən, onlar həm də sürücülərin hərəkətinə maneə yaradıblar.
Həmçinin, hadisənin ilk baxışdan birmənalı şəkildə qınanılmalı, qanunsuz, eyni zamanda təhlükəli hərəkətlər olduğu görünür.
Görüntülərlə bağlı sfera.az-a açıqlama verən Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli deyib ki, sözügedən videolarla əlaqəli DYP-yə hər hansı məlumat daxil olmasa da, sosial şəbəkələr vasitəsilə əldə edilən məlumatlardan xəbərdardırlar: “Həmçinin, aidiyyatı struktur bölmələri də bu barədə məlumatlıdır. Belə şəxslərin ifşa edilməsi, onlar barəsində qanuni tədbirlərin görülməsi üçün daxili işlər orqanlarının əməkdaşlarına vaxtında məlumat vermək lazımdır. Hadisə isə sosial şəbəkələrdə trendə çevrilmək üçün hər vasitəyə əl atan, küçələrdə bu cür addımlar atmaqla, həm öz həyatı, həm də digər hərəkət iştirakçılarının həyatlarına təhlükə yaradıldığı fikri formalaşdırır”.
A.Əsgərli faktla bağlı araşdırma aparılacağını da qeyd edib: “Məqsəd və məramın nə olduğu müəyyənləşdiriləcək. Eyni zamanda bildirmək lazımdır ki, bunlar təhlükəli hərəkətlərdir, yolun hərəkət istiqamətində sürücülərə, piyadalara, ümumiyyətlə bütün hərəkət iştirakçılarına hər hansı bir təhlükə yaratmaq kimlərinsə yolların məsuliyyət zonasını olduğunu unutmaq deməkdir. Belə hərəkətlərə münasibətdə qanuni araşdırma, bu cür şəxslərin şəxsiyyətinin və psixi vəziyyətinin nəticələrinə uyğun formada tədbir görülməsini nəzərdə tutur.
Əlavə olaraq onu da qeyd edək ki, hər hansısa layihə çərçivəsində çəkiliş və digər yarıdıcı tədbirlər yollarda nəzərdə tutulubsa, onun məqsədi, məkanı mütləq qaydada təhlükəsizliyin təmin olunması üçün əvvəlcədən Daxili İşlər Nazirliyi və digər aidiyyatı qurumlarla razılaşdırılmalıdır”.
Sözügedən görüntüləri təqdim edirik:
Prezidentin Vyetnama səfəri başa çatdı - VİDEO
Sürücülərin nəzərinə! - Yollarda görünüş məsafəsi məhdudlaşacaq
Tıxacın qarşısını almaq üçün təklif də vermişik, icra olunsa...
DİN vəkil Orxan Kəngərli və digərlərinin həbsi ilə bağlı məlumat yaydı - VİDEO
Prezidentlər Birgə Bəyanat qəbul etdilər - FOTOLAR
Dövlət qulluğu imtahanı ilə bağlı nələr dəyişəcək? – RƏSMİ AÇIQLAMA
Güclü yağışlardan sonra sürüşmə təhlükəsi: Riskli ərazilərə kim nəzarət etməlidir? - AÇIQLAMA
2026-cı ilin 9 ayında büdcədə yaranan profisiti növbəti ilin kəsrinə yatırmaq olar? - RƏY
Magistralların kəsişdiyi nöqtə: Xırdalan dairəsində niyə tıxac yaranır? – ARAŞDIRMA
Prezident Hanoyda “İnqilab şəhidləri” abidəsini ziyarət etdi - FOTOLAR
Tıxac olan yolların SİYAHISI












