"Bakı Metropoliteni"ndə zərərin örtülməsi üçün 50 milyon manat vəsait xərclənib

2024-cü ildə iqtisadi fəaliyyətlə bağlı xərclər üçün dövlət büdcəsindən "Bakı Metropoliteni"ndə sərnişindaşıma xidməti haqqının onun maya dəyərindən aşağı olması nəticəsində metropolitenin fəaliyyətinin maliyyə nəticələri üzrə yaranan zərərin örtülməsi üçün 50 milyon manat vəsait xərclənib.
Avtosfer.az xəbər verir ki, sənədə əsasən nizamnamə kapitalının artırılması üçün "Azərkosmos" Açıq Səhmdar Cəmiyyətinə 75 milyon manat, "Azərbaycan Hava Yolları" Qapalı Səhmdar Cəmiyyətinin fəaliyyətinə maliyyə yardımının göstərilməsi üçün (Bakı-Naxçıvan və Naxçıvan-Bakı hava xətti ilə olan uçuşlarla bağlı zərərin qarşılanması) 5 milyon manat vəsait ayrılıb.
Bununla yanaşı, ictimai nəqliyyat sahəsində xidmət keyfiyyətinin yüksəldilməsi və bir sıra islahatlarla bağlı xərclər üçün 146.8 milyon manat vəsait istifadə olunub.
Qanun layihəsi parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılıb.
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Tarif Şurası benzinlə bağlı qərara hazırlaşır? - AÇIQLAMA
Tramp İranla münaqişədən DANIŞIB
Tramp BMT Baş Assambleyasının Nyu-Yorkdakı iclasında nə qazandı? – POLİTOLOQ
Tıxaclar Bakı sakinlərinə ildə 900 manat ziyan vurur - EKSPERT
Bu yollarda tıxac var - SİYAHI - FOTO - YENİLƏNİB
Bakı əhalisi tıxacda nə qədər pul itirir? - ARAŞDIRMA
Sürücülərə ŞAD XƏBƏR: Cərimə balları ilə bağlı YENİ QƏRAR gözlənilir
Üç qardaş ölkədən KİBERHƏMLƏ: Hərbi mütəxəssislər vahid komandada - VİDEO - FOTO
Sumqayıtın simvolu sayılan heykəlin son halı narazılıq yaratdı - FOTO
Prezident iki rayona və bir şəhərə icra başçısı TƏYİN ETDİ











