Banner

Dağ yollarında avtobuslara məhdudiyyət qoyulmalıdırmı? – EKSPERT AÇIQLADI

Gündəm 17 Noyabr 2026 10:18
Dağ yollarında avtobuslara məhdudiyyət qoyulmalıdırmı? – EKSPERT AÇIQLADI
WhatsApp kanalımıza abunə olun

Rayon yollarında sərnişin avtobuslarının iştirakı ilə baş verən yol-nəqliyyat hadisələri yol təhlükəsizliyi məsələsini yenidən gündəmə gətirir. Xüsusilə dağlıq və çətin relyefli ərazilərdə yol şəraiti, nəqliyyat vasitələrinin texniki vəziyyəti və sürücülərin təcrübəsi sərnişinlərin təhlükəsizliyində mühüm rol oynayır.

Avtosfer.az xəbər verir ki, belə qəzaların qarşısının alınması üçün hansı tədbirlərin görülməsi, eləcə də dağlıq ərazilərdə avtobusların hərəkətinin təhlükəsiz təşkili məsələləri müzakirə olunur. 
Bəs bu istiqamətdə hansı dəyişikliklərə ehtiyac var?

Mövzu ilə bağlı nəqliyyat eksperti Eldəniz Cəfərli Avtosfer.az-a açıqlamasında bildirib ki, dağlıq və çətin relyefli ərazilərdə baş verən avtobus qəzalarının səbəblərini dəqiq müəyyənləşdirmək üçün hər bir hadisə ayrıca araşdırılmalıdır:


''Çünki qəzanın hansı səbəbdən baş verdiyini, hansı amillərin buna gətirib çıxardığını ən yaxşı Dövlət Yol Polisi və hadisə zamanı avtomobildə olan şəxslər müəyyən edə bilərlər. Kənardan hər hansı konkret səbəb göstərmək və qəzanın məhz hansı amildən qaynaqlandığını söyləmək düzgün olmaz. Ümumilikdə isə həmin ərazilərdə əsas diqqət yol infrastrukturunun yaxşılaşdırılmasına və mövcud problemlərin aradan qaldırılmasına yönəldilməlidir. Dağlıq və çətin relyefli ərazilərdə sərnişin avtobuslarının hərəkətini məhdudlaşdırmaq əvəzinə, onların hərəkətini asanlaşdırmaq üçün şərait yaradılmalıdır. Bunun üçün həmin ərazilərdə yol infrastrukturunda müvafiq dəyişikliklər aparılmalı, avtobusların hərəkətinə mane olan mövcud çətinliklər aradan qaldırılmalıdır. Yollar elə təşkil edilməlidir ki, sərnişin avtobusları təhlükəsiz və rahat şəkildə yaşayış məntəqələrinə, eləcə də digər zəruri istiqamətlərə çata bilsinlər. Əsas məqsəd nəqliyyatın hərəkətini məhdudlaşdırmaq deyil, infrastruktur imkanlarını genişləndirərək sərnişindaşımanın təhlükəsizliyini təmin etmək olmalıdır''.

Fatimə

Oxunub : 54
ŞƏRH YAZ
Ad

E-mail

Şərh