Tramp, Putin və Su Cinpin Çində görüşəcək; nələr müzakirə ediləcək? - POLİTOLOQ

“Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının bu həftə Çində keçiriləcək sammitində ABŞ Prezidenti Donald Tramp, Çin lideri Si Cinpin və Rusiya Prezidenti Vladimir Putinlə üçtərəfli görüş keçiriləcəyi xəbəri təsdiqlənib”.
Avtosfer.az xəbər verir ki, bu fikirləri öz sosial media hesabında politoloq Elxan Şahinoğlu bildirib. O qeyd edib ki, bir neçə gün əvvəl ABŞ dövlət katibi Marko Rubio və Çin xarici işlər naziri Vanq Yi arasında telefon danışığı olub. Onlar liderlərin Çində müzakirə edəcəyi mövzuları müəyyənləşdiriblər. Liderlərin görüşündə müxtəlif mövzularla yanaşı Rusiya-Ukrayna müharibəsinin və İran ətrafındakı gərginliyin müzakirə ediləcəyi proqnozlaşdırılır.
.jpg)
“Donald Tramp görüşdə Vladimir Putinin Ukrayna siyasətinin dəyişdirib-dəyişdirməyəcəyini müəyyənləşdirməyə çalışacaq. Rusiya Prezidentinin Ukrayna siyasətində dəyişikliyinə işarə edən heç nə yoxdur. Bunu Əbu-Dabi danışıqları da göstərdi. Tramp atəşkəs istəyir. Putin Donbasın tamamının ona təhvil verilməsi şərti ilə atəşkəsə razılaşa biləcəyini vurğulayıb, hələ üstəgəl onun Avropada yeni təhlükəsizlik arxitekturasının qurulmasıyla bağlı əlavə tələbləri də var. Halbuki, Brüssel Avropanın yeni təhlükəsizlik arxitekrurasına ehtiyacı olmadığı qənaətindədir.
Vladimir Putin və Si Cinpin İran məsələsində də Donald Trampla razılaşa bilməyəcəklər. ABŞ kəşfiyyatının son məlumatına görə, İranın hazırda ballistik raketlərinin sayı 2 mini keçib. Tramp rusiyalı və çinli həmkarını inandırmağa çalışacaq ki, onlar Tehrana təzyiq etsinlər. Ancaq Moskva və Pekinin Tehrana təzyiq etmək planları yoxdur, əksinə Rusiya və Çin İranın ABŞ qarşısında müqavimət gücünün artırılmasında maraqlıdırlar. ABŞ rəsmilərinin sözlərinə görə, İran əvvəlcədən ehtiyatda saxladığı komponentlərdən istifadə etməklə raket istehsalını davam etdirir. Bu komponentlərin isə Rusiya və Çindən əldə edildiyi ehtimalı yüksəkdir”.
Politoloqun firkincə, Trampın Çindən bir başqa istəyi bu ölkənin nüvə razılaşmalarına qoşulmasıdır. Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutunun araşdırmalarına görə, Rusiya - 4 min 400, ABŞ – 3 min 700, Çin – 620 nüvə başlıqlı raketə malikdir. “Soyuq müharibə” illərində ABŞ və keçmiş SSRİ arasında nüvə silahlarının müxtəlif növbləriə dair razılaşmaları mövcud olub.
“SSRİ dağıldıqdan sonra bu razılaşmalar Rusiyaya miras qalıb. Çin bu razılaşmaların kənarındadır. Vaşinqtonun istəyinə rəğmən, Pekin nüvə razılaşmalarına qoşulmaq istəmir. Bu Çinə imkan verir ki, nüvə silahlarının istehsalını istədiyi qədər artırsın.
Bu arada, Hindistanın Baş naziri Narendra Modinin gündəmi fərqlidir. O noyabrın 15-də Manilada işinə başlayan ASEAN sammində Hindistanın Qlobal Cənub siyasəti çərçivəsində bölgə ölkələri ilə ikitirəfli əlaqələri gücləndirməyə çalışdığını bildirib. Hindistanın ASEAN-a üzv ölkələrlə əlaqələri Yeni Dehlinin “Şərqə Doğru Hərəkət” siyasətinin özəyini təşkil edir. Buna baxmayaraq, Yeni Dehli ABŞ, Rusiya və Çin liderlərinin Rusiya-Ukrayna müharibəsinin dayandırlması və İran məsələsində ortaq məxrəcə gəlməsində çox maraqlıdır. Çünki bu müharibələr Hindistanın enerjiyə və digər strateji məhsullara çıxış imkanlarını məhdudlaşdırıb”.
Səfər
Ağac avtomobilin və ya evin üzərinə aşanda zərəri kim ödəyəcək? – EKSPERTDƏN AÇIQLAMA
Küləkli havada sürücülər nələrə diqqət etməlidir? – MÜTƏXƏSSİS
Küləkdə ölüm və xəsarət olmaması üçün nə edək? – AÇIQLAMA
Həftəyə tıxacla başladıq
İlham Əliyevin sosial şəbəkə hesablarına kiberhücumlar müşahidə olunur
Prezident İlham Əliyev televiziya və radio işçilərini təbrik edib
Prezident İlham Əliyev Mahmud Abbası təbrik edib
“Kəndlərdə əkin-biçin sahəsi qalmayıb, hamısı...” – Ekspert tıxacların səbəbindən danışdı
ABŞ və müttəfiqləri Çinin Yaxın Şərqdəki məsələlərdə vasitəçi olmasını niyə istəmir? – POLİTOLOQ
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
Braziliyada rus dizelinə maraq göstərilmədi












