Bakı metrosunda təhlükəsizlik problemi

“Bu gün Bakı Metrosunda risklər 50 faizdən çox azalıb. Yaxın vaxt ərzində Bakı Metropolitenində risklər sıfıra endiriləcək”.
Avtosfer.az xəbər verir ki, bu barədə Bakı Metropoliteninin Diaqnostika və Metroloji Təminat Mərkəzinin rəisi Ebazer Arslanbekov anspress-bildirib.
Onun sözlərinə görə, hazırda metronun elə stansiyaları var ki, istənilən tədbirlərə baxmayaraq problemlər yaranır. Əsasən hava yağıntılı olan zaman metronun içərisində su sızmaları və çatlar yaranır.
“Bakı metrosunun fəaliyyətində xarici təsirlər də problem yarada bilir. Yağış zamanı, qar axıntılarından yarana biləcək problemlər var. Ağırtonnajlı avtomobillərin hərəkəti zamanı yarana titrəyişlərdən problemlər yarana bilər. Hazırda bizim elə avadanlıqlarımız var ki, yaranan kiçik problemləri müəyyən edək. “Koroğlu” və yeni tikilən stansiyalarda yağıntı zamanı problemlər yaranır. Bizdən asılı olmayaraq, nə qədər də, gidroizolasiya tədbirləri görülsə də, torpaq nəfəs alır. Bu zaman çatlar əmələ gəlir. Baş verən problemlərə dərhal reaksiya göstərilir. Çatlar doldurulur. Problemlər aradan qaldırılır”, - deyə Ebazer Arslanbekov bildirib.
Qeyd edək ki, metroda təhlükə balları 5 səviyyəyə bölünür. 5-ci səviyyədə hərəkət dayandırılır. 3 və 4-cü səviyyədə qatarın sürətinə məhdudiyyət qoyulur. Şükürlər olsun ki, bizim metroda təhlükəsizlik 5-ci səviyyəyə çatmayıb. Ən təhlükəli bal tunellərin bağlanması ilə nəticələnə bilər.
Ebazer Arslanbekov deyir ki, indiyə qədər Bakı metrosunda hərəkətin dayandırılması ilə nəticələnə bilən təhlükə yoxdur.
Bakının küçələrində piyadalar üçün nələr dəyişməlidir? – TƏKLİF
Azərbaycanda Instagram və TikTok-a giriş BAĞLANDI - Nə baş verir?
Həftəyə tıxacla başladıq - SİYAHI
Ukraynada seçkilər keçiriləcək - ZELENSKİ AÇIQLADI
Vahid forma məktəblərdə subyektiv yanaşmaların qarşısını alacaq - AÇIQLAMA
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - Ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Jurnalistikada bakalavr təhsili alan tələbələrin ixtisaslaşdırılması niyə aparılmır? - AÇIQLAMA












