Bakı-Quba-Rusiya avtomobil yolunun ödənişli hissəsində dayanacaqların tikilməsi təklif edilir

“Bakı–Quba–Rusiya Federasiyası ilə dövlət sərhədi yeni avtomobil yolunun ödənişli hissəsinin hər iki tərəfində dayanacaq yerlərinin tikilməsini təklif edilib.
“Report” xəbər verir ki, bu təkliflə Milli Məclisin bu gün keçirilən iclasında deputat Azər Badamov çıxış edib.
"Çox yüksək standartlara uyğun ödənişli yol tikilib istifadəyə verilib. Ödəniş haqqı ilə bağlı müxtəlif fikirlər olsa da, yolun rahatlığından hamı razıdır. Lakin yolun kənarında yol boyu dayanıb istirahət etməyə və ya yaranmış bir nasazlığı aradan qaldırılması üçün avtomobili saxlamaq yerləri tikilməyib. Yol sürətli olduğundan kənarında avtomobil saxlayıb gözləmək çox təhlükəlidir”, - A. Badamov deyib.
Bu səbəbdən də deputat ödənişli yolun hər iki tərəfində dayanacaq yerlərinin tikilməsini təklif edib.
Qeyd edək ki, “Bakı–Quba–Rusiya Federasiyası ilə dövlət sərhədi yeni avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Prezidentinin sərəncamına əsasən H.Z.Tağıyev qəsəbəsindən başlayaraq tikilən yeni 150 kilometrlik avtomobil yolunun 129 kilometr hissəsi ödənişli yol kimi müəyyən edilib.
Daşkənddə Nizami Gəncəvi adına Milli Pedaqoji Universitetin açılışı olub - FOTO
Prezidentin şərəfinə verilən ziyafətdə möhtəşəm ifa - VİDEO
Daşkənddə Azərbaycan-Özbəkistan sənədlərinin imzalanması və mübadiləsi mərasimi olub - FOTO - YENİLƏNİB
Azərbaycan və Özbəkistan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - FOTO
Daşkənddə maraqlı anlar: Tələbə İlham Əliyevi Azərbaycan dilində salamladı - VİDEO
Azərbaycanın və Özbəkistanın birinci xanımlarının təkbətək görüşü olub - FOTO
Leyla Əliyevanın Daşkənddən PAYLAŞIMI - FOTO
İlham Əliyev və Mirziyoyev yeni layihələrin açılışında iştirak etdilər - FOTO
Mirziyoyev: "İlham Əliyevin səfəri tarixi hadisədir"
İlham Əliyevdən Zəngəzur dəhlizi ilə bağlı AÇIQLAMA
İlham Əliyev: “Azərbaycanda ikinci avtomobil zavodu tikilir”










