Bakı-Sumqayıt yolunda tıxac problemini necə həll etmək olar? – AÇIQLAMA

“Xırdalan getdikcə böyük bir şəhərə çevrilsə də, nəqliyyat infrastrukturu orada çox acınacaqlı vəziyyətdədir”.
Avtosfer.az xəbər verir ki, bu fikirləri Yenicag.az-a açıqlamasında Xırdalan şəhərinə metro xəttinin çəkilməsinin vacibliyi və Bakı-Sumqayıt yolunda mövcud olan tıxac probleminin mümkün həll yolları haqda danışan nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı deyib.

Onun sözlərinə görə, Xırdalana metro xəttinin çəkilməsinə ciddi təlabat var.
“Xırdalana metro stansiyasının çəkilməsi ilə bağlı təkliflər var. Düşünürəm ki, buna ciddi tələbat da var. Lakin metropaliten rəhbərliyi hazırda bu məsələnin nəzərdə tutulmaması ilə bağlı açıqlama verdi. Xırdalana metro stansiyasının çəkilməsi təəssüf ki, Bakının 2040-cı ilə qədər olan Baş Planında da öz əksini tapmayıb. Lakin metronun inkişaf strategiyası təstiqləndikdən sonra, 2040-cı ildən sonrakı dövrdə həyata keçirilə, ayrıca bir qərarla öz həll yolunu tapa bilər”, – deyə o bildirib.
Ekspert qeyd edir ki, Azərbaycanın bəzi bölgələrində nəqliyyat çeşidliyi mövcud deyil.
“Fikrimcə, Xırdalanda metro stansiyasının olmasına çox böyük ehtiyac var. Xırdalan getdikcə böyük bir şəhərə çevrilsə də, nəqliyyat infrastrukturu orada çox acınacaqlı vəziyyətdədir. Hazırda nəinki metro, ictimai nəqliyyat və digər məsələlər də qaydasında olmadığına görə əhalini qane etmir. Hesab edirəm ki bunu hər hansı bir formada tənzimləmək mümkündür ki, orada vətəndaşlar üçün geniş imkanlar yaradılsın. Nəqliyyat çeşidli olmalıdır. Lakin Azərbaycanın bəzi bölgələrində nəqliyyatın çeşidliyindən söhbət gedə bilməz. Çünki mövcud deyil. Belə problemlərin qarşısının alınması üçün ictimai nəqliyyatı daha da inkişaf etdirmək lazımdır”, – deyə o əlavə edib.
Mütəxəssis qeyd edib ki, tıxacın qarşısının alınması təkcə yol çəkməkdən deyil, alternativlərin yaradılmasından ibarətdir:
“Tıxac mövzusu çox həssas mövzudur. Onun həlli təkcə yol çəkməkdən deyil, alternativlərin yaradılmasından ibarətdir. Bunun da başlıca həlli mertodur. Yollarda nə qədər tıxac yaransa da, avtomobil yolu ilə kəsişmədiyinə görə metroda rahat şəkildə hərəkət etmək mümkün olur. Düşünürəm ki, metro, tramvay və bu kimi nəqliyyat və ictimai nəqliyyat vasitlərinə üstünlük verilməlidir”.
Daşkənddə Nizami Gəncəvi adına Milli Pedaqoji Universitetin açılışı olub - FOTO
Prezidentin şərəfinə verilən ziyafətdə möhtəşəm ifa - VİDEO
Daşkənddə Azərbaycan-Özbəkistan sənədlərinin imzalanması və mübadiləsi mərasimi olub - FOTO - YENİLƏNİB
Azərbaycan və Özbəkistan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - FOTO
Daşkənddə maraqlı anlar: Tələbə İlham Əliyevi Azərbaycan dilində salamladı - VİDEO
Azərbaycanın və Özbəkistanın birinci xanımlarının təkbətək görüşü olub - FOTO
Leyla Əliyevanın Daşkənddən PAYLAŞIMI - FOTO
İlham Əliyev və Mirziyoyev yeni layihələrin açılışında iştirak etdilər - FOTO
Mirziyoyev: "İlham Əliyevin səfəri tarixi hadisədir"
İlham Əliyevdən Zəngəzur dəhlizi ilə bağlı AÇIQLAMA
İlham Əliyev: “Azərbaycanda ikinci avtomobil zavodu tikilir”










