Bakı-Tbilisi qatarı nə zaman bərpa ediləcək? - AÇIQLAMA

Gürcüstan mətbuatının yaydığı məlumata görə, Azərbaycan və Gürcüstan arasında dəmir yolu ilə sərnişin daşınması may ayının sonunda – Gürcüstanın Müstəqillik Günü (26 may) və Azərbaycanın Respublika Günü (28 may) münasibətilə bərpa olunmalıdır. Məlumatda qeyd edilirdi ki, ilk qatar Gürcüstanın Müstəqillik Günü – 26 Mayda və Azərbaycanın Respublika Günü – 28 Mayda hərəkətə başlayacaq. Yayılmış məlumata əsasən, "Gürcüstan Dəmir Yolları” öz növbəsində birtərəfli biletin qiymətini müəyyən edib və tarif cədvəlini azərbaycanlı tərəfdaşlarına göndərib. Bu mərhələdə Gürcüstan kupe biletlərini 50 lariyə (30.97 manat), yataq tipli vaqon biletlərini isə 70 lariyə (43.35 manat) satmağı Azərbaycana təklif edir.
Avtosfer.az xəbər verir ki, yayılan xəbərlə bağlı Azərbaycan Dəmir Yolları QSC-nin (ADY) İctimaiyyətlə əlaqələr şöbəsinin aparıcı mütəxəssisi Bəxtiyar Hacıyev “Azxeber.com”a açıqlama verib.
Qurumun rəsmisinin sözlərinə görə, bu xəbərlər həqiqəti əks etdirmir:
"Yayılan məlumatlar həqiqəti əks etdirmir. Belə informasiyaları Azərbaycan tərəfindən, dövlət qurumları ilə dəqiqləşdirmək lazımdır. 2020-ci ildən etibarən quru sərhədlər bağlı olduğuna görə, Nazirlər Kabinetinin xüsusi karantin rejimi ilə bağlı qərarı çərçivəsində beynəlxalq istiqamətlərdə qatarla sərnişin daşınması dayandırılıb. Dəmir yolu ilə sərnişindaşımanın bərpası ilə bağlı hər hansı bir yenilik yoxdur".
Azərbaycanda Instagram və TikTok-a giriş BAĞLANDI - Nə baş verir?
Həftəyə tıxacla başladıq - SİYAHI
Ukraynada seçkilər keçiriləcək - ZELENSKİ AÇIQLADI
Vahid forma məktəblərdə subyektiv yanaşmaların qarşısını alacaq - AÇIQLAMA
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - Ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Jurnalistikada bakalavr təhsili alan tələbələrin ixtisaslaşdırılması niyə aparılmır? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA












