Bakı və Türkmənbaşı arasında əməkdaşlıq genişləndirilir - FOTOLAR

“AZCON Holding” şirkətlərindən olan “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) sədri Rövşən Rüstəmov və Türkmənistan Nazirlər Kabinetinin sədr müavini Nökərqulu Ataqulıyev arasında Bakı Beynəlxalq Dəniz Limanında görüş keçirilib.
Avtosfer.az xəbər verir ki, Türkmənistan nümayəndə heyətinə Bakı Limanı haqqında, o cümlədən ADY-yə inteqrasiyasından sonra burada görülmüş işlər və Orta Dəhlizlə multimodal daşımalarda limanın rolu barədə geniş məlumat verilib.
Qeyd olunub ki, ötən il limanda rekord həcmdə - 100 min TEU konteynerdən çox yük aşırılıb, bu da Azərbaycanın nəqliyyat infrastrukturuna böyük investisiyalarının nəticəsində mümkün olub.
İkitərəfli müzakirələr zamanı Türkmənbaşı Beynəlxalq Dəniz Limanında dəniz dibinin dərinləşdirilməsi ilə infrastrukturun təkmilləşdirilməsi və liman üzərindən yükdaşımaların artırılması barədə fikir mübadiləsi aparılıb.
Tərəflər iki ölkənin dəmir yolları və beynəlxalq dəniz limanları arasında koordinasiyalı fəaliyyətin təmin edilməsi üçün rəqəmsal məlumat mübadiləsinin vacibliyini qeyd ediblər.
Eyni zamanda, Orta Dəhlizin və Avrasiya Nəqliyyat Marşrutunun inkişafı çərçivəsində multimodal daşımalar üzrə əməkdaşlığın genişləndirilməsi və Şərq-Qərb-Şərq istiqamətində yük axınının artırılması üçün görülə biləcək işlər vurğulanıb.







Mehdiyevin kitabları kitabxanalardan yığışdırılır - YOXLAMALAR BAŞLANILDI
Oxucuların diqqətinə: Prezident İlham Əliyevin rəsmi sosial şəbəkə hesablarını izləyin
Mərkəzi Asiyadan Azərbaycana yeni enerji axını mümkündürmü? - AÇIQLAMA
Avtomobillə işə gedənlərin NƏZƏRİNƏ!
İlham Əliyev İspaniya Kralına başsağlığı verib
Azərbaycanda mikrokredit bazarı genişlənir: Vətəndaşları nə gözləyir?
Dərsə və işə gedənlərin PROBLEMİ - M6 avtobusu niyə 40 dəqiqə gecikir? - VİDEO
İş başında təzyiqə və zorakılığa məruz qalan jurnalistin hüquqları necə qorunmalıdır? - RƏY
Məktəbdə jurnalistləri döyən üç nəfər məsuliyyətə cəlb edilib - VİDEO
Orta Dəhlizdə yeni mərhələ: Azərbaycan üçün hansı imkanlar yaranır? – EKSPERT
Avtobus parkının yenilənməsi gediş haqqını bahalaşdıracaq?












