Bakıda 2040-cı ilədək dairəvi metro şəbəkəsinin tamamlanması nəzərdə tutulur

2040-cı ilədək dairəvi metro şəbəkəsinin tamamlanması nəzərdə tutulur.
Avtosfer.az-ın xəbərinə görə, bu, Bakı şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planında əksini tapıb.
Baş planda qeyd olunub ki, əks istiqamətlərdə də eyni vaxtlı hərəkətə imkan verən dairəvi metro şəbəkəsinin yaradılması, relsli nəqliyyatın şəhərin şərq hissəsini tam əhatə etməsinə nail olunması, relsli tranzit əlaqələndirməsinin gücləndirilməsi, metro əlaqəsinə əsaslanan yeni tranzit qovşaqlarının yaradılması nəzərdə tutulub. Bundan başqa,
relsli nəqliyyat sisteminin sərnişindaşıma qabiliyyətinin təqribən iki dəfə artırılması, mövcud xətlərin uzadılması (bənövşəyi xətt), yeni inkişaf edən ərazilərin metro əlaqəsinin yaradılması, “Ağ şəhər” və “Port Baku” ərazisinin xidmətə çıxışının təmin edilməsi şəbəkənin inkişaf etdirilməsi nəzərdə tutulur.
Baş planda qeyd olunur ki, 2030-cu ildən sonrakı dövrdə relsli nəqliyyat sistemləri üzrə sərnişindaşıma həcmlərinin əhəmiyyətli dərəcədə artırılması üçün ilkin şəraitin yaradılması nəzərdə tutulur. “28 May” metrostansiyası ərazisində təkmilləşdirmələrin aparılması üçün zəruri ilkin imkanların və şəraitin yaradılması və 2030-cu ilədək tamamlanması nəzərdə tutulur.
Prezidentin Vyetnama səfəri başa çatdı - VİDEO
Sürücülərin nəzərinə! - Yollarda görünüş məsafəsi məhdudlaşacaq
Tıxacın qarşısını almaq üçün təklif də vermişik, icra olunsa...
DİN vəkil Orxan Kəngərli və digərlərinin həbsi ilə bağlı məlumat yaydı - VİDEO
Prezidentlər Birgə Bəyanat qəbul etdilər - FOTOLAR
Dövlət qulluğu imtahanı ilə bağlı nələr dəyişəcək? – RƏSMİ AÇIQLAMA
Güclü yağışlardan sonra sürüşmə təhlükəsi: Riskli ərazilərə kim nəzarət etməlidir? - AÇIQLAMA
2026-cı ilin 9 ayında büdcədə yaranan profisiti növbəti ilin kəsrinə yatırmaq olar? - RƏY
Magistralların kəsişdiyi nöqtə: Xırdalan dairəsində niyə tıxac yaranır? – ARAŞDIRMA
Prezident Hanoyda “İnqilab şəhidləri” abidəsini ziyarət etdi - FOTOLAR
Tıxac olan yolların SİYAHISI











