Bakıda 24, rayonlarda 27 dərəcə isti olacaq - SABAHIN HAVASI

Azərbaycan ərazisində aprelin 17-nə gözlənilən hava şəraiti haqqında proqnoz açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən Avtosfer.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Mülayim cənub küləyi əsəcək.
Havanın temperaturu gecə 9-14 dərəcə isti, gündüz 19-24 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 762 mm civə sütunu olacaq. Nisbi rütubət gecə 60-65 %, gündüz 45-55 % olacaq.
Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə arabir duman olacaq. Şərq küləyi bəzi şərq rayonlarında arabir güclənəcək.
Havanın temperaturu gecə 9-14 dərəcə isti, gündüz 22-27 dərəcə isti, dağlarda gecə 5-10 dərəcə isti, gündüz 15-20 dərəcə isti olacaq.
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












