Bakıda 8 zolaqlı yol istifadəyə verilir - VİDEO

Nobel prospektinə paralel çəkilmiş dənizkənarı avtomobil yolu 8 hərəkət zolağından ibarət olacaq. Hazırda yolda son tamamlama işləri həyata keçirlir. Bütün işlərin may ayının ikinci on günlüyündə yekunlaşacağı gözlənilir.
Avtosfer.az anstv-yə istinadən xəbər verir ki, Nobel prospektinə paralel çəkilmiş dənizkənarı avtomobil yolunun ümumi uzunluğu 2 km-ə yaxın, eni 45 metrdir. Yolun 8 hərəkət zolağından biri avtomobillərin park edilməsi və dayanacağa giriş-çıxış üçün nəzərdə tutulub.
Bundan başqa yolda 3 yeraltı piyada keçidi tikilib. Tikintisinə 2013-cü ilin may ayında başlanılan yolda işlərin 99 faizə qədəri həyata keçirilib. Hazırda yolda və yeraltı piyada keçidlərində son tamamlanma işləri aparılır.
Bir neçə gündən sonra isə yol sürücülərin istifadəsinə veriləcək. Bütün bu işlər Nobel və Neftçilər prospektinin hərəkət yükünün azaldılmasına hesablanıb.
“Nobel prospektinə paralel çəkilmiş dənizkənarı avtomobil yolun may ayının ikinci on günlüyündə təhvil verilməsi planlaşdırılır. Artıq yolda asfalt-beton örtüyünün üst qatıda vurulub, işlər başa çatmaq üzrədir”, – deyə “Azəryolsevis” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli bildirib.
Bundan başqa qurum rəsmisi onuda qeyd edib ki, yaxın gələcəkdə bu yolun Nobel prospektinin alt hissəsindən yeraltı tunel vasitəsilə “Ağ şəhər” ərazisinə birləşdirilməsi nəzərdə tutulur.
Bakının küçələrində piyadalar üçün nələr dəyişməlidir? – TƏKLİF
Azərbaycanda Instagram və TikTok-a giriş BAĞLANDI - Nə baş verir?
Həftəyə tıxacla başladıq - SİYAHI
Ukraynada seçkilər keçiriləcək - ZELENSKİ AÇIQLADI
Vahid forma məktəblərdə subyektiv yanaşmaların qarşısını alacaq - AÇIQLAMA
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - Ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Jurnalistikada bakalavr təhsili alan tələbələrin ixtisaslaşdırılması niyə aparılmır? - AÇIQLAMA












