Bakıda 9 ayda qeydə alınan qəzaların STATİSTİKASI

Paytaxt ərazisində son 9 ay ərzində 320 qəza qeydə alınıb. Qəzalar nəticəsində 151 nəfər ölüb, 249 nəfər xəsarət alıb. Ötən dövrlə müqayisədə hadisələrin sayında 17 fakt (5.1 faiz) azalma müşahidə olunur.
Bunu Avtosfer.az-a Bakı Şəhər Dövlət Yol Polis İdarəsinin baş inspektoru polis mayoru Araz Əsgərli bildirib.
O qeyd edib ki, yol nəqliyyat hadisələrinin mövcud sayını əhali sayı ilə müqayisə etdikdə kifayət qədər ciddi mənzərə ortaya çıxır: “Bakı şəhərinin inzibati ərazisində qəzaların təhlili götərir ki, yol nəqliyyat hadisələrinin əksəriyyəti sürət həddinin aşılması, piyada keçidini keçmə, ötmə və manevr etmə, ara məsafəsinin düzgün seçilməməsi və yolayrıcılarını keçmə qaydalarının pozulması səbəbindın baş verir.
Sürücülərin təqsiri nəticəsində qeydə alınan yol nəqliyyat hadisələri 102 (31,9 %), manevr qaydalarının pozulması 97 (30,3%), nəqliyyat vasitəsinin yüksək sürətlə idarə olunması 24 (7,5%), ara məsafələrinin düzgün seçilməməsi 26 (8,1%), qarşıdan gələn nəqliyyat vasitəsinin yoluna çıxmaqla ötmə və manevr etmə qaydalarının pozulması 22 (6,9%), yolayrıcı keçmə qaydalarının pozulması 13 fakt (4,1%) təşkil edib”.
O qeyd edib ki, hadisələrin əksəriyyəti piyadaların vurulması olub. Bakıda piyadavurmalar ümumi hadisələrin 56,9 faizini (182 fakt) təşkil edib. Bu hadisələr nəticəsində 84 piyada ölüb, 109 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Hadisələrin 26-sı piyadaların yol hərəkəti qaydalarını pozması nəticəsində baş verib.
Azyaşlılarla bağlı qeydə alınmış qəzalar barədə danışan DYP rəsmisinin sözlərinə görə, ötən 9 ay ərzində 29 yol nəqliyyat hadisəsi qeydə alınıb və bu qəzalarda 8 uşaq ölüb, 22 uşaq xəsarət alıb.
Ötən ilin müvafiq dövrü ilə müqayisədə uşaqlarla bağlı hadisələrin sayı 6 fakt, həlak olanların sayı 2, xəsarət alanların sayı 4 nəfər artıb.
Paytaxda hadisələrin təhlili göstərir ki, günün qaranlıq saatlarında baş verən qəzaların sayı daha çoxdur.
Könül
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












