Bakıda adsız, ünvansız olan küçə və evlərin problemi - VİDEO

Bakıda təəssüf ki, hələ də evlərinin ünvanı, adı bəlli olmayan küçələr mövcuddur.
Söhbət Bakının Suraxanı rayonunda yerləşən, sakinlər arasında Qum adası adlandırılan ərazidən gedir.
Burada yaşayanlar bildirir ki, küçənin adı, evlərin ünvanı olmadığı üçün xeyli problemlə qarşılaşırlar.
Sakinlər bildirir ki, 1500-ə yaxın ailənin məskunlaşdığı ərazidə heç bir küçənin adı yoxdur.
Eyni problem paytaxtın Ramana, Hövsan, Əhmədli, Binə və digər bəzi qəsəbələrində də mövcuddur.
Məsələ ilə bağlı Bakı şəhər İcra hakimiyyətindən bildirildi ki, son illər ərzində paytaxtın inzibatı ərazisində yerləşən küçələrin böyük əksəriyyətinə adların verilməsi və standartlara uyğun olmayan küçə adlarının dəyişdirilməsi prosesi həyata keçirilib. Sakinlər unvanportali.az saytına daxil olmaqla yaşadıqları küçənin adı haqqında məlumat ala bilərlər.
Biz də çəkiliş apardığımız Qum adasının necə adlandığını öyrənmək üçün bu sistemə daxil olduq.
Məlum oldu ki, Qum adası Zığ küçəsi adlandırılıb. Həmçinin də hər ünvan rəqəmlə nömrələnib.
Məsələn: Zığ küçəsi 51. Lakin bu ünvan yalnız adıçəkilən portalda mövcuddur. Nə xəritədə, nə naviqasiya proqramlarında, nə də ərazidə bu adda bir lövhə var.
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












