Bakıda ağaclar təhlükədədir - Birinin kökü betonlanıb, digərinin isə... - FOTO

Ağaclar təbiətin gözəlliklərindən biridir. Oksigen mənbəyi olduqları üçün xüsusən böyük şəhərlərdə qorunub, saxlanılmalıdır. Obyektlərin önləri müxtəlif bəzəklərlə, xüsusən də metlaxlarla bəzədilərkən isə bir çox obyekt sahibi ağacları nəzərə almır. Nəticədə təbiətin gözəlliyi olan ağacların kökləri beton və daş örtüyü altında qalır. Bu da ağacın həm inkişafına, həm də sağlamlığına zərər vurur.
Avtosfer.az xəbər verir ki, "Həzi Aslanov" metrostansiyası yaxınlığında, Xudu Məmmədov küçəsi 103 ünvanında yerləşən restoranda da analoji hal hökm sürür.
Belə ki, obyektin qarşısındakı hündür şam ağacının kök boğazı deyilən hissəsi daş örtüyü altında qalıb. Bu da ağacın inkişafı və sağlamlığı üçün problem yaradır.
Məsələ ilə bağlı Avtosfer.az-a Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətindən bildirilib ki, bu barədə müvafiq qurumlara məlumat verilib. Tezliklə tədbir görüləcək.
Ümumiyyətlə, bəzi obyekt sahibləri sanki ağacların varlığını problem kimi görür. Mirəli Qaşqay küçəsində isə başqa bir ağacın gövdəsinə reklam lövhəsi asılıb. Görünür ki, gül salonu ağacı problem kimi yox, müştəri cəlb etmək üçün vasitə hesab edir.
Əslində isə sıxıntı çəkən ağaclardır.
Ümid edirik ki, yaxın zamanda məsələ ilə bağlı müvafiq qurumlar tədbir görəcək.
Məhəbbət Tərlanoğlu
Bakıda tikintilərlə nəqliyyat necə əlaqələndirilməlidir? – Ekspert AÇIQLADI
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Daşkənddə Nizami Gəncəvi adına Milli Pedaqoji Universitetin açılışı olub - FOTO
Prezidentin şərəfinə verilən ziyafətdə möhtəşəm ifa - VİDEO
Daşkənddə Azərbaycan-Özbəkistan sənədlərinin imzalanması və mübadiləsi mərasimi olub - FOTO - YENİLƏNİB
Azərbaycan və Özbəkistan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - FOTO
Daşkənddə maraqlı anlar: Tələbə İlham Əliyevi Azərbaycan dilində salamladı - VİDEO
Azərbaycanın və Özbəkistanın birinci xanımlarının təkbətək görüşü olub - FOTO
Leyla Əliyevanın Daşkənddən PAYLAŞIMI - FOTO
İlham Əliyev və Mirziyoyev yeni layihələrin açılışında iştirak etdilər - FOTO
Mirziyoyev: "İlham Əliyevin səfəri tarixi hadisədir"












