Bakıda beynəlxalq məsləhətçi şirkətin iştirakı ilə mobillik layihəsi həyata keçirilməkdədir - AYNA

Ölkəmizin yaşıl iqtisadiyyata keçidi çərçivəsində nəqliyyat sektorunda ekoloji cəhətdən təmiz texnologiyaların tətbiqi və dayanıqlı infrastrukturun inkişafı mühüm əhəmiyyət kəsb edir. Bu istiqamətdə “yaşıl nəqliyyat” vasitələrinin istifadəsinin təşviqi, ictimai nəqliyyatın modelləşdirilməsi və karbon emissiyasının azaldılması məqsədilə həyata keçirilən layihələr, ölkənin dayanıqlı inkişaf hədəflərini uğurla davam etdirir.
Avtosfer.az xəbər verir ki, bunu Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) İdarə Heyətinin sədri Anar Rzayev Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) yanında İctimai Şuranın təşkilatçılığı, AYNA və Daxili İşlər Nazirliyinin (DİN) dəstəyi ilə keçirilən “Yaşıl nəqliyyat biznesi: imkanlar və perspektivlər” mövzusunda müzakirədə çıxışı zamanı deyib.
O qeyd edib ki, hazırda AYNA tərəfindən nüfuzlu beynəlxalq məsləhətçi şirkətin iştirakı ilə mobillik, mobillik transformasiyası layihəsi həyata keçirilməkdədir. Layihənin əsas hədəflərindən biri də mobilliyin təmin edilməsi və ekoloji təmiz nəqliyyat vasitələrinin, o cümlədən mikromobilik istifadəsinin genişləndirilməsi yolu ilə ətraf mühitin mühafizəsidir.
“2025-ci il üzrə yeni Yol xəritəsi də təsdiq edilib və onun icrasına artıq başlanılıb. Ötən müddət ərzində bu sahə üzrə bir sıra nailiyyətlər əldə olunub. Bakı şəhərinin avtobus şəbəkəsində 166 elektrik avtobus və 51 ədəd ekoloji təmiz avtobuslar istismara verilib”, - deyə Anar Rzayev vurğulayıb.
Tarif Şurası benzinlə bağlı qərara hazırlaşır? - AÇIQLAMA
Tramp İranla münaqişədən DANIŞIB
Tramp BMT Baş Assambleyasının Nyu-Yorkdakı iclasında nə qazandı? – POLİTOLOQ
Tıxaclar Bakı sakinlərinə ildə 900 manat ziyan vurur - EKSPERT
Bu yollarda tıxac var - SİYAHI - FOTO - YENİLƏNİB
Bakı əhalisi tıxacda nə qədər pul itirir? - ARAŞDIRMA
Sürücülərə ŞAD XƏBƏR: Cərimə balları ilə bağlı YENİ QƏRAR gözlənilir
Üç qardaş ölkədən KİBERHƏMLƏ: Hərbi mütəxəssislər vahid komandada - VİDEO - FOTO
Sumqayıtın simvolu sayılan heykəlin son halı narazılıq yaratdı - FOTO
Prezident iki rayona və bir şəhərə icra başçısı TƏYİN ETDİ
Bu yollarda tıxac var - SİYAHI - FOTO












