Bakıda beynəlxalq nəqliyyat sərgisi başlayıb

Avtosfer.az xəbər verir ki, bu gün "Baku Expo Center"də XIV Beynəlxalq nəqliyyat, tranzit və logistika (TransCaspian-2015) sərgisi işə başlayıb. "TransCaspian" sərgisi Qafqaz regionunda nəqliyyat sahəsinin aparıcı tədbiridir və Azərbaycanda nəqliyyat infrastrukturunun inkişafına, habelə tranzit yüklərinin Azərbaycan ərazisindən daşınması imkanlarının nümayişinə və yük sahibləri üçün daşımaların ən optimal variantlarının müəyyənləşdirilməsinə şərait yaradır.
Tədbirin açılış mərasimində çıxış edən Azərbaycanın nəqliyyat nazirinin müavini Musa Pənahov ölkənin nəqliyyat sahəsində aparılan işlər haqqında məlumat verib. O, bildirib ki, bu yaxınlarda Bakı-Tbilisi-Qars dəmir yolu xəttində Türkiyə-Gürcüstan sərhədindəki 4,5 km-lik əsas tunel açılıb. Bu tunelin olmaması sərhəddə dəmir yolu xətlərinin birləşməsində əsas maneə hesab olunurdu.
"TransCaspian-2015" sərgisində Azərbaycan, Almaniya, Avstriya, Belarus, Gürcüstan, Fransa, Latviya, Litva, Rusiya və İsveçrədən şirkətlər iştirak edir. Bunların arasında "Access Trans”, “Alstom Transport”, “Auto Lift GmbH.”, “Liebherr”, “Stadler Rail Management AG”, “Trans Caucas Terminals”, Qomel Vaqonqayırma Zavodu, “Pervaya Lokomotivnaya Kompaniya”, Ural Vaqon Zavodu, “Transmaş” (Moskva) zavodu və bir çox digər müəssisələr var. Sərgidə kommersiya şirkətləri ilə yanaşı, Azərbaycanın dövlət nəqliyyat strukturları – “Azərbaycan Dəmir Yolları” QSC, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC və Dövlət Avtomobil Nəqliyyat Xidməti də iştirak edir. Həmçinin sərginin ekspozisiyasında dəniz və quru daşımaları, limanlar və liman avadanlığı, dəmiryol nəqliyyatı, məlumat sistemləri və kommersiya nəqliyyatı kimi sektorlar təqdim olunub. İsveçrənin sərnişin vaqonları və ixtisaslaşdırılmış vaqon və tramvayların istehsalı ilə məşğul olan “Stadler Rail Management” şirkəti isə “TransCaspian” sərgisinin sponsoru qismində çıxış edir.
"TransSaspian-2015" sərgisinin təşkilatçıları qismində “Iteca Caspian” və onun Böyük Britaniyalı tərəfdaşı “ITE Group” şirkətləri çıxış edir: "Bu sərgi mövcud əlaqələrin genişləndirilməsi ilə yanaşı, səmərəli və qarşılıqlı faydalı yeni əlaqələrin qurulması, habelə perspektivli müqavilələrin imzalanması və sərmayələrin yatırılması, eləcə də təcrübə mübadiləsi və bazarın qiymətləndirilməsi üçün əla imkan yaradacaq".
"TransCaspian" sərgisi Azərbaycan Nəqliyyat Nazirliyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (Azpromo) və Azərbaycan Sahibkarlar Konfederasiyası (ASK) tərəfindən dəstəklənir. "TransCaspian" sərgisi V Xəzər beynəlxalq yol infrastrukturu və ictimai nəqliyyat sərgisi ilə eyni meydançada keçirilir.
“28 May” stansiyası açılanda ŞOK görüntülər olacaq - Görün metro sistemi necə dəyişəcək - FOTO
Emin Ağalarovdan “Sea Breeze”dəki hadisə ilə bağlı AÇIQLAMA - FOTO
Rusiyada sürücülərə qarşı kütləvi reydlər başlayır – ŞOK SƏBƏB
Ekspres avtobuslar harada dayanır? – MƏKANLAR
Azərbaycanda benzin və dizel BAHALAŞIR?
Avropada avtomobillərin emissiyası ölkədən-ölkəyə niyə dəyişir? – ARAŞDIRMA
İş və dərs saatları bu qaydada dəyişsə tıxaca qarşı effekt verəcək - EKSPERT
Bakıda 18 istiqamətdə sıxlıq var - FOTO - YENİLƏNİB
Ekspress avtobuslar sərnişinləri daşımağa kifayət edəcəkmi? – Sabah bilinəcək
Vətəndaşların NƏZƏRİNƏ: Sabahdan "Nizami" və "28 May" stansiyaları arasında hərəkət dayandırılır
Yeni tikilən binanın lövhəsində “16 mərtəbə” yazılıb amma əlavə mərtəbə yaradılır? – Memardan İDDİA – FOTO










