Bakıda beynəlxalq nəqliyyat sərgisi keçiriləcək

Mayın 12-dən 14-dək 14-cü Beynəlxalq Nəqliyyat, tranzit və loqistika (TransCaspian 2015) sərgisi öz işinə başlayır.
Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, TransCaspian sərgisi Qafqaz regionunda nəqliyyat sahəsinin aparıcı tədbiridir.
Sərgi Azərbaycanda nəqliyyat infrastrukturunun inkişafına, habelə tranzit yüklərinin Azərbaycan ərazisindən daşınması imkanlarının nümayişinə və yük sahibləri üçün daşımaların ən optimal variantlarının müəyyənləşdirilməsinə şərait yaradır.
Qeyd edək ki, sərgidə Azərbaycan, Almaniya, Avstriya, Belarus, Gürcüstan, Fransa, Latviya, Litva, Rusiya və İsveçrədən şirkətlər təqdim olunacaq.
Sərgidə kommersiya şirkətləri ilə yanaşı, Azərbaycanın dövlət nəqliyyat strukturları – “Azərbaycan Dəmir Yolları” QSC, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC və Dövlət Avtomobil Nəqliyyat Xidməti də iştirak edəcək.
Məlumat üçün bildirək ki, TransSaspian 2015 sərgisinin təşkilatçıları qismində “Iteca Caspian LLC” və onun Böyük Britaniyalı tərəfdaşı “ITE Group Plc.” şirkətləri çıxış edirlər.
Xatırladaq ki, sərgi ənənəvi olaraq Bakı Ekspo Mərkəzində keçiriləcək.
Bakının küçələrində piyadalar üçün nələr dəyişməlidir? – TƏKLİF
Azərbaycanda Instagram və TikTok-a giriş BAĞLANDI - Nə baş verir?
Həftəyə tıxacla başladıq - SİYAHI
Ukraynada seçkilər keçiriləcək - ZELENSKİ AÇIQLADI
Vahid forma məktəblərdə subyektiv yanaşmaların qarşısını alacaq - AÇIQLAMA
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - Ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Jurnalistikada bakalavr təhsili alan tələbələrin ixtisaslaşdırılması niyə aparılmır? - AÇIQLAMA












