Reklam

Bakıda bu qatarlardan olacaq - FOTO

Gündəm 12 May 2015 17:31 Oxunub 1724
Bakıda bu qatarlardan olacaq  - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
“TransCaspian 2015” və “Road and Traffic 2015” səgiləri öz işinə başlayıb

12 may tarixində Bakı Ekspo Mərkəzində 14-cü Beynəlxalq Nəqliyyat, Tranzit və Loqistika (“TransCaspian 2015”) və 5-ci Yubiley Xəzər Beynəlxalq Yol infrastrukturu və İctimai nəqliyyat (“Road and Traffic 2015”) sərgiləri öz işinə başlayıb. 

Avtosfer.az anspress-ə istinadən xəbər verir ki, “TransCaspian 2015” sərgisində Azərbaycan, Almaniya, Avstriya, Belarus, Gürcüstan, Latviya, Litva, Rusiya, Fransa və İsveçrədən 72 şirkət iştirak edir. Sərgidə kommersiya şirkətləri ilə yanaşı, Azərbaycanın dövlət nəqliyyat strukturları – “Azərbaycan Dəmir Yolları” QSC, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC və Dövlət Avtomobil Nəqliyyat Xidməti də iştirak edir. İsveçrənin sərnişin vaqonları və ixtisaslaşdırılmış vaqon və tramvayların istehsalı ilə məşğul olan “Stadler Rail Group” şirkəti isə “TransCaspian 2015” sərgisinin sponsoru qismində çıxış edir.

Paralel olaraq keçirilən 5-ci Yubiley Xəzər Beynəlxalq Yol infrastrukturu və İctimai nəqliyyat (“Road and Traffic 2015”) sərgisi yol-tunel layihələndirməsi və tikintisi, habelə yol təhlükəsizliyi, İntellektual Nəqliyyat Sistemi (İTS) və ictimai nəqliyyat peşəkarlarını öz meydançasında bir araya gətirib. 

Yubiley sərgidə Azərbaycan, ABŞ, Almaniya, Çin, Rusiya, Türkiyə, Çexiya və digər ölkələrin 52 şirkəti iştirak edir. Bu şirkətlər tərəfindən yol, körpü və tunellərin tikintisi üzrə xidmətlər, habelə yol-tikinti avadanlığı və materialları, yol təhlükəsizliyi vasitələri, yolların işarələnməsi üçün avadanlıqlar, metropoliten üçün ventilyasiya sistemləri, avtomobil və yol monitorları, şəhər infrastrukturunun layihələndirilməsi üçün proqram təminatı, nəqliyyatı intellektual idarəetmə sistemləri, avtobuslar və bir sıra digər məhsullar təqdim olunacaq. Ziyarətçiləri isə yol örtükləri və yol tikintisi sahəsində yeni məhsullarla tanışlıq gözləyir. Bu il Bakı Ekspo Mərkəzinin xarici meydançasında “Ekomobil” şirkətinin təqdim etdiyi elektrik avtomobillərin sınaq sürüşü (“test-drayv”) keçirilir.

Qeyd edək ki, “TransCaspian” sərgisi Qafqaz regionunda nəqliyyat sahəsinin aparıcı tədbiridir və Azərbaycanda nəqliyyat infrastrukturunun inkişafına, tranzit yüklərin Azərbaycan ərazisindən daşınması imkanlarının nümayişinə və yük sahibləri üçün ən optimal daşıma variantlarının müəyyənləşdirilməsinə şərait yaradır. Sərgi hər il yükdaşıma və loqistika şirkətləri, vaqon avadanlıqlarının istehsalçıları, gəmiqayırma şirkətləri, nəqliyyat üçün intra-loqistika və informasiya sistemlərinin istehsalçıları, eləcə də dəniz və çay limanlarının nümayəndələrini öz meydançasında toplayır.

Sərgilər öz işini may ayının 14-ə kimi davam edəcək.


















































 

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh