Bakıda daha bir neçə avtobus marşrutu dəyişdirilib

Bakı və şəhərətrafı marşrut avtobus xətlərində aparılan təkmilləşdirmə işləri, həmçinin iyunda keçiriləcək I Avropa Oyunları zamanı şəhərin mərkəzi hissəsində nəqliyyatın sıxlığının azaldılması məqsədilə bir sıra nəqliyyat vasitələrinin hərəkətində dəyişiklik edilib. Avtosfer.az xəbər verir ki, bu barədə "Bakı Sərnişin Nəqliyyatı" MMC-dən "report"a verilən məlumata görə, 175 nömrəli marşrut xəttində dəyişiklik edilərək xətt qısaldılaraq hərəkət "H.Aslanov" metro stansiyasından təşkil edilib. 155 nömrəli marşrut xəttində dəyişiklik edilərək hərəkəti "Azadlıq" m/st, 165 nömrəli marşrut xətti - "Azadlıq" m/st, 207 nömrəli marşrut xətti - Ziya Bünyadov-Yeni Yasamal-Dairəvi yol-"Binə" Ticarət Mərkəzi istiqamətində təşkil edilib.
Habelə, 120 nömrəli marşrut xəttində dəyişiklik edilərək hərəkəti “28 May” m/st.-Neftçilər pr-ti - Bayıl qəsəbəsi, 20-ci sahəyə qədər, 124 nömrəli marşrut xəttində dəyişiklik edilərək hərəkəti Lökbatan qəsəbəsi- "Binə" və "Sədərək" T/M-ləri - 20-ci sahəyə qədər, 193 nömrəli marşrutda hərəkət “Yeni Avtovağzal”-“20 Yanvar” m/st.-Mətbuat pr-ti - Müşviq küç.-Maşın bazarı- Dairəvi Yol-"Binə" T/M-nə təşkil edilib.
Qeyd edək ki, 14, 20, 53, 86, 90 və 188 nömrəli marşrut xətləri təkrarlanan xətlər olduğu üçün fəaliyyəti dayandırılıb, 2 nömrəli marşrut xəttində dəyişiklik edilərək hərəkəti "Bakı" kinoteatrı-Gəncə pr-ti - Nobel pr-ti - “Xətai” m/st-na qədər təşkil edilib, 70 nömrəli marşrutun hərəkəti “Azərsu Tikinti” Xəstəxanası-M.Hadi küçəsi- Q.Qarayev pr-ti-“Neftçilər” m/st-na qədər, 24 nömrəli marşrut 14 nömrəli marşrut xəttinin son dayanacağına (Çermet körpüsünə) qədər, 29 nömrəli marşrut xətti 86 nömrəli marşrut xəttinin son dayanacağına (9 mkr., H.Babaşov abidəsinin yaxınlığına) qədər uzadılıb. 83 nömrəli marşrut xəttinin hərəkət sxemində dəyişiklik edilərək 90 nömrəli marşrutun xətti ilə Biləcəri qəsəbəsi, dəmiryol stansiyasına kimi, 95 nömrəli marşrut xəttində dəyişiklik edilərək hərəkəti “H.Aslanov” m/st. - Nobel pr-ti - Senyuşkin küç. - Mehdizadə küçəsinin əks istiqamətində Nobel pr-ti və mövcud xətlə təşkil olunub.
Bakının küçələrində piyadalar üçün nələr dəyişməlidir? – TƏKLİF
Azərbaycanda Instagram və TikTok-a giriş BAĞLANDI - Nə baş verir?
Həftəyə tıxacla başladıq - SİYAHI
Ukraynada seçkilər keçiriləcək - ZELENSKİ AÇIQLADI
Vahid forma məktəblərdə subyektiv yanaşmaların qarşısını alacaq - AÇIQLAMA
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - Ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Jurnalistikada bakalavr təhsili alan tələbələrin ixtisaslaşdırılması niyə aparılmır? - AÇIQLAMA












