Bakıda dumana görə görünüş 500 metrədək məhdudlaşdı

Bakıda və Abşeron yarımadasında dumanla əlaqədar görünüş 50-500 metrədək məhdudlaşıb.
Milli Hidrometeorologiya Xidmətindən Avtosfer.az--a verilən xəbərə görə, hazırda Bakıda və Abşeron yarımadasında duman müşahidə olunur.
Qeyd edilib ki, görünüş məsafəsi 50-500 metrədək məhdudlaşıb, nisbi rütubət 88-92 faiz intervalında olub.
"Dumanlı hava eyni zamanda Quba, Lerik, Qusar, Yevlax rayonlarında da qeydə alınıb, görünüş məsafəsinin 500 metrədək məhdudlaşmasına səbəb olub.
Ölkə ərazisində son günlər müşahidə olunan dumanlı hava sinoptik şəraitlə əlaqədar olaraq gözlənilən atmosfer hadisəsidir. Dumanlı hava şəraitinə səbəb soyuq hava kütləsinin isti səth üzərinə hərəkəti nəticəsində yaranan inversiya qatıdır.
Sürücülərdən dumanlı hava şəraitində daha diqqətli olmaları, yola çıxarkən ehtiyatlı davranmaları xahiş olunur", - məlumatda vurğulanıb.
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












