Bakıda fəaliyyət göstərən avtobusların 50 faizdən çoxu dəyişməlidir

“Hazırda Bakıda iki min avtobus fəaliyyət göstərir ki, bunun da ən azı 50 faizi dəyişməlidir”.
“Report” xəbər verir ki, bunu Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) İdarə Heyətinin sədri Anar Rzayev deyib.
Onun sözlərinə görə, marşrutların sayları və marşrutların özünün yaradılması meyarları tarix boyu o qədər də uğurlu olmayıb:
“Nəticə etibarı ilə dayanacaqlara çoxsaylı avtobusların daxil olmasını və sıxlığın əmələ gəlməsini müşahidə edirik. Biz yanaşmanı bir az dəyişdirdik, təhlilləri orta göstəriciyə görə deyil, pik saatların göstəricilərinə görə apardıq. Ancaq pik saatlarda müəyyən dəyişikliklər etməyimizə baxmayaraq, bu hələdə yetərli deyil”.
A.Rzayev əlavə edib ki, hazırda Bakı şəhəri üzrə 180 marşrut xətti fəaliyyət göstərir ki, pik saatlarda bu xətlərin təxminən 20-dən çoxunda yüklənmə 90 faizdən çox olur:
“Bu da, həmin marşrutlarda səhər və axşam saatlarında kifayət qədər sıxlıq yaranmasına səbəb olur”.
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












