Bakıda nəqliyyat təhlükəsizliyi müzakirə olunub

Bakıda nəqliyyat təhlükəsizliyinə, ötən il Azərbaycanda nəqliyyat sistemində baş verənlər və qarşıda duran məsələlərə həsr edilən mətbuat konfransı keçirilib.
Avtosfer.az xəbər verir ki, “Müstəqil Nəqliyyatçılar” İctimai Birliyinin sədri, hüquqşünas Ərşad Hüseynov və qurumun sədr müavini, nəqliyyat eksperti Elməddin Muradlı mövzu ilə bağlı çıxış ediblər.
Mətbuat konfransında, əsasən, yol hərəkəti təhlükəsizliyi, avtomobilləşmə prosesi, ictimai nəqliyyat, taksi fəaliyyəti, köhnə avtomobillərin utilizasiyası və digər aktual mövzulardan danışılıb.
Ə.Hüseynov bildirib ki, indiyədək nəqliyyat sahəsində dövlət siyasəti olmayıb: "Ümid edirik ki, yeni yaradılan Nəqliyyatı Əlaqələndirmə Şurası belə bir dövlət siyasətini müəyyən edəcək və o siyasət uğurla həyata keçiriləcək. Ötən il mühüm addımlardan biri də istismar müddəti bitmiş avtomobillərin utilizasiyası ilə bağlı qanuna dəyişiklik oldu. Ancaq Nazirlər Kabineti sahiblərinə köhnə avtomobillərini təhvil vermələri üçün müəyyən məbləğin ödənişi ilə bağlı qərar qəbul etməlidir. Çünki utilizasiya ilə bağlı qanunun bu il sentyabrın 1-də qüvvəyə minməsi gözlənilir".
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












