Bakıda park edilmiş avtomobilə ziyan vurulub – Bunu edəni hansı cəza gözləyir? + VİDEO

Vətəndaşın park edilmiş halda olan maşınına ziyan vurulub. Avtomobilin bir tərəfinə iti alətlə əvvəldən sona qədər ziyan vurulub. Zərərçəkmiş şəxs bununla bağlı video çəkərək sosial şəbəkədə də paylaşıb. Bir binanın həyətində isə içərisi su ilə dolu olan şar hündürmərtəbəli binanın sonuncu mərtəbəsindən avtomobilin birinin üzərinə atılıb. Nəticədə avtomobilin sahibi ciddi maddi zərərlə üzləşib.
Ümumiyyətlə, son vaxtlar bu cür qəsdlə və ya ehtiyatsızlıqdan vətəndaşların avtomobilinə və ya digər əmlaka zərərvurmaqla bağlı videogörüntülərə tez-tez rast gəlinir.
Hüquqşunaslar bildirirlər ki, bu hal qəsdlə baş verərsə, bunu edən şəxs cinayət məsuliyyətinə cəlb edilə və ya azadlıqdan məhrum oluna bilər.
Həmçinin zərər cinayət məsuliyyəti yaratdığı halda bunu edən şəxslər vurulmuş ziyanın iki mislindən üç mislinədək miqdarda cərimə edilə bilərlər. Hüquqşunas Şamil Paşayev deyir ki, avtomobillərə vurulan bu kimi zərərləri icbari sığorta da qarşılamır.
Məsələ ilə bağlı Daxili İşlər Nazirliyindən isə bildirildi ki, əmlakının qəsdən məhv edidiyi və ya zədələndiyi barədə zərərçəkən şəxs məlumat verdiyi halda dərhal ərazi polis orqanında araşdırmalara başlanır. Ziyanın qəsdən vurulduğu sübuta yetirilsə qanunla nəzərdə tutulan tədbirlərin görülməsi təmin edilir. Qəsdən əmlaka zərər vuran şəxsin saxlanılması və məsuliyyətə cəlb olunması istiqamətində əməliyyat-axtarış tədbirləri həyata keçirilir.
Daha ətraflı videomaterialda.
Daşkənddə Nizami Gəncəvi adına Milli Pedaqoji Universitetin açılışı olub - FOTO
Prezidentin şərəfinə verilən ziyafətdə möhtəşəm ifa - VİDEO
Daşkənddə Azərbaycan-Özbəkistan sənədlərinin imzalanması və mübadiləsi mərasimi olub - FOTO - YENİLƏNİB
Azərbaycan və Özbəkistan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - FOTO
Daşkənddə maraqlı anlar: Tələbə İlham Əliyevi Azərbaycan dilində salamladı - VİDEO
Azərbaycanın və Özbəkistanın birinci xanımlarının təkbətək görüşü olub - FOTO
Leyla Əliyevanın Daşkənddən PAYLAŞIMI - FOTO
İlham Əliyev və Mirziyoyev yeni layihələrin açılışında iştirak etdilər - FOTO
Mirziyoyev: "İlham Əliyevin səfəri tarixi hadisədir"
İlham Əliyevdən Zəngəzur dəhlizi ilə bağlı AÇIQLAMA
İlham Əliyev: “Azərbaycanda ikinci avtomobil zavodu tikilir”










