Bakıda qazilərin zəbt etdiyi taksi duracağını POLİS NƏZARƏTƏ GÖTÜRDÜ - VİDEO - FOTO

Günorta saatlarında yazdığımız xəbərdən sonra ərazidə vəziyyət tənzimlənib. Əldə etdiyimiz məlumatlara əsasən, polis əməkdaşları tərəfindən ərazidə müşahidə edilən neqativ hal artıq aradan qaldırılıb.

***
17:30
***
Paytaxtın Bakıxanov küçəsində taksilər üçün ayrılmış duracaq parkinq kimi istifadə olunur.
Avtosfer.az xəbər verir ki, xoşagəlməz halla qarşılaşan taksi sürücülərindən biri bununlq bağlı sosial şəbəkədə paylaşıb. Videodan da aydın görünür ki, 90-SO-484 dövlət nömrə nişanlı “Mercedes” markalı, 10-LY-075 dövlət nömrə nişanlı “Mercedes” markalı, 77-ME-326 dövlət nömrə nişanlı “KIA” markalı və digər avtomobillər taksi duracağında ard-arda park edilib. Nəticədə taksi sürücüləri duracağa girə bilmədikləri üçün kənarda dayanaraq sərnişin mindirib-düşürürlər.
Sürücünün sözlərinə görə, vətəndaşlardan biri ona yaxınlaşaraq duracaqdakı maşınların qazilərə məxsus olduğunu və ərazinin mütəmadi olaraq onlar tərəfindən zəbt olunduğunu bildirib. Vətəndaşın iddiasına əsasən, onlara iradını bildirən taksi sürücüləri hədə-qorxuya, hətta şiddətə məruz qalırlar.
Nərmin
İlham Əliyev SƏRƏNCAM İMZALADI
Qubada qırıcımızın havaya qaldırılmasının səbəbi bilindi - Yeni açıqlama
Skuterlə avtobusa minmək olar?
Motosiklet sürücülərinin qayda pozmalarının qarşısı necə alına bilər? - EKSPERT
Velosiped zolaqlarında təhlükənin qarşısı necə alınmalıdır? – TƏKLİF
Gürcüstandakı “insan mərkəzli küçə” nümunəsi Bakıya gətirilə bilər? - FOTO
Slovakiya Azərbaycana nəqliyyat sahəsində əlaqələri artırmağa kömək edə bilər - İQTİSADÇI
Atası təsisçi, qızı rektordur - Qalmaqallı universitet kimə məxsusdur?
Bu avtobus marşrutları müsabiqəyə çıxarılır
Yay tətilində yollar niyə poliqona çevirilir ? - AÇIQLAMA
Avtobusda kondisioneri işlətmədi, xəbərdarlıq olundu - RƏSMİ










