Bakıda qəribə təmizlik mükafatı: təltif zamanı çirkləndirdilər - FOTO

Azərbaycanda tələbə yataqxanasında gigiyenik qaydalara riayət olunması ilə bağlı keçirilən reyddə maraqla anlar yaşanıb.
İqtisadiyyat.az xəbər verir ki, Azərbaycan Dövlət Aqrar Universiteti (ADAU) Tələbə Həmkarlar İttifaqı Komitəsi (THİK) təhsil müəssisəsinin tələbə evlərində “Ayın ən təmiz otağı” layihəsinə start verib.
Layihə çərçivəsində hər ay müəyyən vaxtlarda ADAU THİK-in təyin etdiyi komissiya tərəfindən tələbə evlərinin otaqlarında reydlər keçiriləcək. Qərara əsasən, reydlər zamanı gigiyenik, səliqə-səhman və digər qaydalara ən yaxşı riayət edən tələbələrə pul mükafatları təqdim olunacaq.
Universitetin 2 saylı Tələbə evində keçirilən ilk yoxlamalar zamanı aprel ayının qalibləri 215 nömrəli otağın sakinləri - I kurs tələbələri Canpolad Əliyev və Tacir İsbatov seçilərək, pul mükafatına layiq görülüblər.
Amma maraqlısı odur ki, ADAU-nun Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri İbrahim Qasımov və komissiya üzvləri “Ayın ən təmiz otağı”na ayaqqabı ilə daxil olublar. ADAU isə təmiz otağa ayaqqabı ilə daxil olmalarını unudan komissiya üzvlərinin fotolarını yayıb. Bu isə ictimaiyyətdə birmənalı qarşılanmayıb. Cəmiyyətdə belə bir fikir formalaşıb ki, onlar ən təmiz otağı özləri seçib, özləri də çirkləndiriblər.


İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












