Bakıda qız zorla ərə verilib? - RƏSMİ AÇIQLAMA - YENİLƏNİB - FOTO - VİDEO

Toy mərasimində gəlin köçən xanımla bağlı sosial şəbəkələrdə yayılan görüntülər araşdırılıb.
Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin regional qrupundan bildirilib ki, araşdırmalarla müəyyən edilib ki, toy mərasimi 2022-ci ilin dekabr ayında rayonlardan birində keçirilib.
Tərəflər arasında yaranan mübahisəyə səbəb 18 yaşlı xanımın məcburi nikaha daxil edilməsi yox, məişət xarakterli anlaşılmazlıq olub. Həmin anlaşılmazlıqda hüquqazidd hal, yaxud kriminal tərkib müəyyən edilməyib.
***
Sosial şəbəkələrdə toy mərasimində gənc qızın zorla ərə verildiyini əks etdirən kadrlar yayılıb.
Avtosfer.az xəbər verir ki, paylaşımlarda videogörüntülərin paytaxtın NZS qəsəbəsi yaxınlığında lentə alındığı iddia edilir.
Kadrlarda qızın evliliyə məcbur edildiyi təsiri yaranır. Sözügedən görüntülərin nə zaman və harada lentə alındığı barədə isə dəqiq məlumat yoxdur.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Mətbuat Xidmətinin rəhbəri Teymur Mərdanoğlu gənc qızın zorla ərə verildiyini əks etdirən kadrlarla bağlı Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, yayılan videogörüntülərdən məlumatlıdırlar:
“Aidiyyəti qurumların əməkdaşları ilə birlikdə videogörüntülərin respublikanın ərazisində lentə alınıb-alınmadığı, həqiqəti əks etdirib-etdirmədiyi araşdırılır. Yekun nəticədə barədə ictimaiyyətə məlumat veriləcək”.
Həmin görüntüləri təqdim edirik:
Prezidentin Vyetnama səfəri başa çatdı - VİDEO
Sürücülərin nəzərinə! - Yollarda görünüş məsafəsi məhdudlaşacaq
Tıxacın qarşısını almaq üçün təklif də vermişik, icra olunsa...
DİN vəkil Orxan Kəngərli və digərlərinin həbsi ilə bağlı məlumat yaydı - VİDEO
Prezidentlər Birgə Bəyanat qəbul etdilər - FOTOLAR
Dövlət qulluğu imtahanı ilə bağlı nələr dəyişəcək? – RƏSMİ AÇIQLAMA
Güclü yağışlardan sonra sürüşmə təhlükəsi: Riskli ərazilərə kim nəzarət etməlidir? - AÇIQLAMA
2026-cı ilin 9 ayında büdcədə yaranan profisiti növbəti ilin kəsrinə yatırmaq olar? - RƏY
Magistralların kəsişdiyi nöqtə: Xırdalan dairəsində niyə tıxac yaranır? – ARAŞDIRMA
Prezident Hanoyda “İnqilab şəhidləri” abidəsini ziyarət etdi - FOTOLAR
Tıxac olan yolların SİYAHISI












