Bakıda sərnişin avtobusunda "qeyrət şilləsi"

Paytaxtda "Neftçilər" metrostansiyasından Qaraçuxur qəsəbəsinə işləyən 66 nömrəli avtobusda qəfil şillə səsi hər kəsi diksindirib. Avtosfer.az-ın milli.az-a istinadən məlumatına görə, avtobusa daxil olan şəxs qəflətən oturacaqda əyləşmiş qız və oğlana hücum edib. Oğlana qızla oturuş formasını irad tutan adam onu döyüb. Əvvəlcə oğlana güclü şillə vuran şəxsi ətrafdakı insanlar ayırmağa çalışsalar da, həmin şəxs bir neçə dəfə gənc oğlanın başına yumruqla və üzünə xeyli zərbələr endirib.
Hadisə dünən axşam saat 20:35 radələrində baş verib. Daha sonra oğlan və qız avtobusdan düşərək kiməsə zəng ediblər. Onlara vəhşicəsinə hücuma keçən şəxs isə elə həmin avtobusda yoluna davam edib.
Təxminən 30-35 yaş arasında olan şəxs hücumunu onunla əlaqələndirib ki, gənclər ictimai nəqliyyatda özlərini çox pis aparıblar və başlarını bir-birinə söykəyiblər.
Oğlan və qızın ətrafdakılara pis təsir edəcək bir hərəkətləri olmayıb. Onlar, sadəcə, gənc sevgili kimi əl-ələ oturublar. Sevgilərinin bədəlini isə ağır ödəyiblər.
Belə "qeyrət təssübkeşləri"nin olduğu cəmiyyətdə sevmək də kifayət qədər cəsarət tələb edir. Görünür, sevmək fikrinə düşən gənclər bundan sonra yalnız sevgilisinin qəlbini qazanmaq üçün mübarizə aparmamalıdırlar, həm də belə "namus dağarcıqları"ndan müdafiə olunmalıdırlar. Anlayacağınız sevmək üçün iki cəbhədə vuruşmaq gərəkir artıq.
Sumqayıtda tikinti normaları pozulur, yaşıllıq qırılır, səki məhv olunur – ŞİKAYƏT - VİDEO
Bu küçənin bir hissəsində hərəkət qismən məhdudlaşdırılacaq - Sürücülərin diqqətinə!
“Lukoyl”da məhdudiyyət - Voloqdada maksimum 30 litr benzin almaq olur
İlham Əliyev dövlət qulluqçularını təltif edib - SİYAHI
Çimərliklərdə görünməyən ölüm tələsi - Bu məqamlara DİQQƏT EDİN!
Rusiya-Ukrayna müharibəsində cəbhələr niyə dəyişib? - AÇIQLAMA
Yumurtanın 1 qəpiyə satılmasının arxasında hansı strategiya dayanır? - İQTİSADÇI
Azərbaycanda elektrikli nəqliyyatın dönüşü; bir əsrlik tarix yenidən canlanır – EKSPERT
Paytaxtın hansı küçələrində sıxlıq müşahidə olunur? - FOTO
Bu ərazidə yaşayanların DİQQƏTİNƏ! - İki marşrutun hərəkət istiqaməti müvəqqəti dəyişdirilir
Bakıda avtobus sürücülərinin özbaşınalığı CAN ALIR










