Bakıda tıxac ən çox bu saatlarda olur - STATİSTİKA - FOTO

"Qadağan olunan yerlərdə nəqliyyat vasitələrinin park edilməsi, bir sıra yollarda «butulka effekti»nin yaranması, texniki nasazlıq səbəbindən bəzi avtomobillərin yolda qalması, sürücülər tərəfindən manevr etmə qaydalarının pozulması, ara məsafəsinə düzgün əməl edilməməsi, yol-nəqliyyat hadisələrinin baş verməsi, eyni zamanda Bakı şəhərində nəqliyyat vasitələrinin sayının ildən-ilə artması. Bütün bu sadalanan hallar hələ də paytaxt yollarında sıxlıqların yaranmasının səbəbləri olaraq qalır".
Avtosfer.az bildirir ki, bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin təhlilində qeyd edilib. Məlumatda bildirilir ki, Bakıda yollarda sıxlıq daha çox səhər 07:30-10:00, axşam isə 17:30-19:30 saatlarında yaranır. Ancaq bəzi küçələr də var ki, həmin yollarda günün müxtəlif vaxtlarında sıxlıq müşahidə olunur:
"Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi Bakı yollarında avtomobil sıxlığını azaltmaq və hərəkətin intensivliyini təmin etmək məqsədilə mütəmadi olaraq 44 küçə və prospekt üzrə “yaşıl dalğa” rejimi tətbiq edir. Bununla yanaşı, yol-nəqliyyat hadisələri baş verdikdə və nasazlıq səbəbindən yollarda qalaraq sıxlıq yaradan avtomobillərlə bağlı müvafiq tədbirlər görülür, hərəkətin təşkilində dəyişikliklər edilməsi üçün lazımi təkliflər hazırlayır".



İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












