“Bakıda tramvay yolu çəkməyin mənası yoxdur…” – İLQAR MƏMMƏDOV

“Hökumət Bakının gələcəyi üçün tramvay nəzərdə tutur. Halbuki, indi və gələcəkdə tonlarla poladı əridib yola sərməyin heç bir anlamı yoxdur – xüsusi boya ilə yola “rels” çək və ağıllı kamera quraşdırılmış nəqliyyat vasitəsini bu xətlə burax, olsun sənin üçün tramvay”. Avtosfer.az bildirir ki, bu sözləri REAL partiyasının sədri İlqar Məmmədov Bakının açıqlanmış Baş Planı ilə bağlı münasibətini bildirərkən deyib.
Onun sözlərinə görə, tramvay XIX-XX əsrin texnologiyasıdır. İ. Məmmədov deyib ki, əgər hanısa ölkədə onun istehsal infrastrukturu oturuşubsa, həmin ölkədə onu hələ də yaşatmağın mənası var. Mühəndislər, ağır sənaye, polad, mis, vaqon istehsalı və s. müəssisələri, üstəgəl 100 illik tramvaylı şəhər vərdişləri tramvayı Almaniyada, Fransada, Rusiyada yaşatmağı mənalı edir.
“Bu infrastrukturu Azərbaycan sıfırdan yaradacaqsa, bu təzə texnologiyalardan dəfələrlə baha başa gələcək, həm də ölkəmizi bu sahədə ixtsaslaşan xarici şərkətlərdən asılı vəziyyətə gətirəcək”-deyə REAL sədri bildirib.
“Biz REAL partiyası olaraq ən əvvəvldən deyirdik ki, Baş plan şəffaf şəkildə hazırlanmalı, Bakı sakinləri ilə hərtərəfli müzakirədən keçəndən sonra təsdiq olunmalıdır”.
Azpost.info
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












