Bakıda üç qapılı avtobuslar ləğv olunur - VİDEO

Artıq paytaxtda iri tutumlu, üç qapılı avtobuslar ləğv ediləcək. Avtosfer.az anstv-yə istinadən xəbər verir ki, ictimai nəqliyyat təyinatlı sərnişin avtobuslarının əksəriyyəti dəyişir. Bu isə əsasən istismar müddətini başa vurmuş və ya fəaliyyətdə olarkən sıradan çıxmış avtobulara şamil edilir.
Yəni tez-tez paytaxtda rastlaşdığımız sərnişin yükünə tab gətirməyən üç qapılı iri tutumlu avtobusların fəaliyyətinə son qoyulur. Bu kimi avtobuslar tez sıradan çıxdığından onları yalnız orta tutuml avtobuslar əvəzləyəcək.
Nəqliyyat nazirliyinin rəsmisi Namiq Həsənovun dediyinə görə, bu addım məhz ona görə atılır ki, sərnişin təhlükəsizliyi təmin edilsin. Eyni zamanda yarana biləcək tıxacın qarşısı alınsın. Belə ki, iri tutumlu bu avtobusar paytaxtdakı tıxacların yaranmasında az rol oynamırdı. Artıq bu əvəzlənmə işlərinə başalnılıb.
İlk olaraq 14 saylı üç qapılı iri tutumlu avtobusları orta tutumlu nəqliyyat vasitələri əvəz edib. Bu dəyişiklik həm də 88 saylı marşut xətti üzrə fəaliyyət göstərən sərnişin avtobuslarına da şamil ediləcək.
“Məslə burasındadır ki, bu cür avtobusların təhlükəsizlik yastığı tez bir zamanda sıradan çıxır. Belə ki, insanlar avtobusun salonuna daxil olarkə avtobus sağa doğru əyilirlər. Hər halda bu istiqamətdə yoxlamalar davam etdirilir. Üç qapılı avtobuslardan standartlara cavab verməyən, eləcə də təhlükəsizlik qaydaları pozulursa, onlar da istismardan çıxarılacaq", - deyəNamiq Həsənov bildirib.
Bundan başqa nazirlik rəsmisi onu da əlavə etdi ki, üç qapılı avtobusları əvəz edəcək yeni avtobusların vaxt intervalı 5 dəqiqədən 2 dəqiqəyə endiriləcək.
Bununla da mənzil başına tez çatmaq istəyən sərnişinlərin rahatlığı da təmin edilmiş olacaq.
Bakının küçələrində piyadalar üçün nələr dəyişməlidir? – TƏKLİF
Azərbaycanda Instagram və TikTok-a giriş BAĞLANDI - Nə baş verir?
Həftəyə tıxacla başladıq - SİYAHI
Ukraynada seçkilər keçiriləcək - ZELENSKİ AÇIQLADI
Vahid forma məktəblərdə subyektiv yanaşmaların qarşısını alacaq - AÇIQLAMA
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - Ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Jurnalistikada bakalavr təhsili alan tələbələrin ixtisaslaşdırılması niyə aparılmır? - AÇIQLAMA












