“Bakıda uduzmaq üçün mənə 300 min dollar TƏKLİF ETDİLƏR”

İtaliyalı güləşçi Frank Çamisio Bakıda ona 300 min dollar dəyərində rüşvət təklif edildiyini iddia edib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə güləşçi “La Repubblica” qəzetinə açıqlama verib.
İkiqat dünya çempionu və olimpiya oyunlarının bürünc mükafatçısı Frank Çamisio keçən həftə Bakıda keçirilən güləş üzrə Avropa Olimpiya təsnifat turnirində uduzması üçün ona 300.000 ABŞ dolları məbləğində rüşvət təklif edildiyini bildirib:
“Azərbaycanda ikiqat, üçqat mübarizə verməli olduğumu bilirdim, çünki onların ölkəsində döyüşürdüm. Yanıma gəlib uduzmağım üçün 300 min dollar təklif etdilər. Kimin olduğunu demək istəmirəm, amma bu, çəki ölçmənin səhəri günü baş vermişdi. Mən bu təklifi rədd etdim. Çünki təkcə özümü deyil, həm də İtaliyanı təmsil edirəm. Baş verənləri şəxsən mən yaşayıram, sadəcə döyüşə baxın. O qədər iyrənirəm ki, idman haqqında danışdığımı hiss etmirəm”.
Qeyd edək ki, Frank Çamisio Bakıda keçirilən güləş üzrə Avropa Olimpiya təsnifat turnirinin final mərhələsində azərbaycanlı güləşçi Turan Bayramova məğlub olub. Fəxri kürsünün ən yüksək pilləsinə qalxan Bayramov bununla Paris-2024 Yay Olimpiya Oyunlarında iştirak hüququ əldə edib.
DİN vəkil Orxan Kəngərli və digərlərinin həbsi ilə bağlı məlumat yaydı - VİDEO
Prezidentlər Birgə Bəyanat qəbul etdilər - FOTOLAR
Dövlət qulluğu imtahanı ilə bağlı nələr dəyişəcək? – RƏSMİ AÇIQLAMA
Güclü yağışlardan sonra sürüşmə təhlükəsi: Riskli ərazilərə kim nəzarət etməlidir? - AÇIQLAMA
2026-cı ilin 9 ayında büdcədə yaranan profisiti növbəti ilin kəsrinə yatırmaq olar? - RƏY
Magistralların kəsişdiyi nöqtə: Xırdalan dairəsində niyə tıxac yaranır? – ARAŞDIRMA
Prezident Hanoyda “İnqilab şəhidləri” abidəsini ziyarət etdi - FOTOLAR
Tıxac olan yolların SİYAHISI
İlham Əliyevin Vyetnama rəsmi səfəri ilə bağlı VİDEOÇARX - VİDEO
İndiyədək neçə avtomobil utilizasiyaya verilib? - AÇIQLAMA
İlham Əliyev Vyetnama rəsmi səfərə gedib - FOTO












