Bakıda Ukrayna-Çin nəqliyyat dəhlizi ilə bağlı müzakirələr aparılacaq

Ukrayna-Gürcüstan-Azərbaycan-Qazaxıstan-Çin dəmir yolu marşrutunun təşkili layihəsi çərçivəsində ilk eksperimental konteyner qatarının pilot reysi yanvarın 15-də Ukraynanın Odessa vilayətinin İliçevski limanından Xəzər və Qara dənizlərindən keçməklə yola düşəcək.
Avtosfer.az xarici mətbuata istinadən xəbər verir ki, Ukrayna, Qazaxıstan, Gürcüstan, Azərbaycan dəmir yollarının rəhbərləri bu gün Rusiyadan yan keçməklə İpək yolu üzrə Ukraynadan Mərkəsi Asiya ölkələrinə yük daşınması tariflərini müəyyən etmək üçün Bakıda müzakirə aparacaqlar. Bunu Ukraynanın infrastruktur nazirinin müavini Nikolay Snitko bildirib: “Bakıda Ukrayna, Qazaxıstan, Gürcüstan, Azərbaycan dəmir yolu rəhbərlərinin yanvarın 14-də keçiriləcək müşavirəsi zamanı yüklərin alternativ yollarla daşınması tariflərinin müəyyən olunması məsələsi həllini tapacaq”.
Rusiya yanvarın 1-dən Ukrayna üçün MDB-nin azad ticarət zonası haqqında qüvvədə olan müqaviləsini dayandırıb, daxili bazarı müdafiə etmək məqsədi ilə Avropa İttifaqından gələn rüsumsuz malların axınının qarşısını almaq üçün onlara gömrük rüsumları tətbiq edib. Bundan başqa, Rusiyaya qarşı sanksiyaları dəstəkləyən ölkə kimi Ukraynaya qarşı ərzaq embarqosu tətbiq edilib.
Rusiya prezidentinin fərmanına əsasən, Rusiya vasitəsilə Ukraynadan Qazaxıstana yük daşımaları yalnız Belarus ərazisindən və ya "QLONASS" sistemi ilə həyata keçirilə bilər.
Rəsmi Kiyev isə bildirib ki, hazırda Rusiya vasitəsilə yüklərin tranziti faktiki olaraq dayandırılıb və bu səbəbdən Ukrayna tranzit yük daşımalarını Belarus ərazisindən həyata keçirəcək.
Narkotikə görə həbs olunması barədə xəbərlərdən danışdı: “Hər qəpiyim halaldır”
"My Gov"la bağlı QƏRİBƏ OLAY - Vətəndaşın adına ağır diaqnozlar yazıldı - FOTO
Xırdalana metro çəkilməsi nə qədər realdır? - VACİB AÇIQLAMA - FOTO
Rusiya Hindistana dəmir yolu çəkmək niyyətindədir - POLİTOLOQ
Bakıda gözlənilən məsələ: ekspress avtobuslar pulsuz olacaq? – AÇIQLAMA
Paytaxtın hansı küçələrində sıxlıq müşahidə olunur? - FOTO
Təmirə bağlanan yollarla əlaqədar məlumatlar sürücülərə necə ötürülməlidir? - DEPUTAT
Metroda xətlərin ayrılması tələbələrin kirayə xərclərinə təsir edəcəkmi?
Sərnişin sıxlığı ilə əlaqədar dərslər distant təşkil oluna bilər? - Ekspertdən AÇIQLAMA
Metrodakı təmir işlər taksi qiymətlərinə təsir edəcək? - AÇIQLAMA
“Qırmızı körpü”də TIR sıxlığı - Sürücülər günlərdir gözləyir - VİDEO










