Bakıda vətəndaşlardan “Kalaşnikov” avtomatı aşkar edildi - VİDEO

Suraxanı Rayon Polis İdarəsinin 33-cü Polis Bölməsinin əməkdaşlarının daxil olmuş əməliyyat məlumatı əsasında həyata keçirdikləri tədbir nəticəsində Yeni Günəşli qəsəbəsində narkotik vasitələrin satışı və qanunsuz dövriyyəsi ilə məşğul olan Sumqayıt şəhər sakini 1983-cü il təvəllüdlü Seymur Səfərov saxlanılıb.
Avtosfer.az xəbər verir ki, onun üzərinə baxış zamanı 1 kiloqram 150 qram psixotrop maddə metamfetamin və 995 qram tiryək aşkar olunaraq götürülüb. S.Səfərov narkotik vasitələri sosial şəbəkələrdə tanış olduğu İran vətəndaşından müxtəlif ünvanlara çatdırmaq məqsədi ilə əldə etdiyini bildirib.
Həmçinin, son bir-neçə gün ərzində Yeni Günəşli qəsəbəsində müxtəlif şəxslər tərəfindən aşkar edilən 2 ədəd “Kalaşnikov” markalı avtomat silah və 30 ədəd patron həmin vətəndaşlar tərəfindən könüllü olaraq 33-cü Polis Bölməsinin əməkdaşlarına təhvil verilib.
Prezidentin Vyetnama səfəri başa çatdı - VİDEO
Sürücülərin nəzərinə! - Yollarda görünüş məsafəsi məhdudlaşacaq
Tıxacın qarşısını almaq üçün təklif də vermişik, icra olunsa...
DİN vəkil Orxan Kəngərli və digərlərinin həbsi ilə bağlı məlumat yaydı - VİDEO
Prezidentlər Birgə Bəyanat qəbul etdilər - FOTOLAR
Dövlət qulluğu imtahanı ilə bağlı nələr dəyişəcək? – RƏSMİ AÇIQLAMA
Güclü yağışlardan sonra sürüşmə təhlükəsi: Riskli ərazilərə kim nəzarət etməlidir? - AÇIQLAMA
2026-cı ilin 9 ayında büdcədə yaranan profisiti növbəti ilin kəsrinə yatırmaq olar? - RƏY
Magistralların kəsişdiyi nöqtə: Xırdalan dairəsində niyə tıxac yaranır? – ARAŞDIRMA
Prezident Hanoyda “İnqilab şəhidləri” abidəsini ziyarət etdi - FOTOLAR
Tıxac olan yolların SİYAHISI











