Bakıda yol qəzası törədən avtobus sürücüsü tutuldu

Avtosfer.az xəbər verir ki, Bakıda avtobus sürücüsü yol qəzası törətdiyinə görə tutulub. Bu barədə trend Bakı şəhər Baş Polis İdarəsi və şəhər prokurorluğunun yaydığı birgə məlumata istinadən xəbər verir ki, aprelin 6-da saat 16 radələrində paytaxtın Qaradağ rayonu ərazisində “Daewoo” markalı "10-TG-188" dövlət qeydiyyat nişanlı avtobusun sürücüsü Cahid Babayevin idarəetməni itirərək yol kənarında dayanmış Zakir Mirzəyevin idarə etdiyi “Mersedes-Benz” markalı "10-UP-246" dövlət qeydiyyat nişanlı, Polad Nuriyevin idarə etdiyi “Daewoo” markalı "10-TF-967" dövlət qeydiyyat nişanlı avtobusları və Yunis Kazımovun idarə etdiyi “Opel Vectra” markalı "99-FK-907" dövlət qeydiyyat nişanlı avtomobili vurması nəticəsində P.Nuriyevin aldığı xəsarətlərdən xəstəxanada ölməsi, Z.Mirzəyevin, habelə avtobusda olan sərnişinlərin xəsarət almaları faktına görə rayon Polis İdarəsinin İstintaq şöbəsində Cinayət Məcəlləsinin 263.2-ci (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma) maddəsi ilə cinayət işi başlanıb.
Aparılan istintaq zamanı qeyd olunan yol-nəqliyyat hadisəsinin C.Babayev tərəfindən törədilməsində kifayət qədər əsaslı şübhələr olduğundan o, tutularaq istintaqa cəlb olunub.
Hazırda iş üzrə istintaq tədbirləri davam etdirilir.
Azərbaycanda Instagram və TikTok-a giriş BAĞLANDI - Nə baş verir?
Bu yollarda tıxac var - SİYAHI
Ukraynada seçkilər keçiriləcək - ZELENSKİ AÇIQLADI
Vahid forma məktəblərdə subyektiv yanaşmaların qarşısını alacaq - AÇIQLAMA
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - Ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Jurnalistikada bakalavr təhsili alan tələbələrin ixtisaslaşdırılması niyə aparılmır? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA












