Bakıdan olan bir qrup dindar İranın regionda haqsız siyasətinə ETİRAZ ETDİ

Bakı şəhərinin dindarları İranın regionda haqsız siyasətinə qəti etiraz edir.
Avtosfer.az xəbər verir ki, bu barədə Bakı dindarlarının yaydığı bəyanatda bildirilib.
Bəyanatda deyilir:
"Azərbaycan tolerantlıq ənənələrinin qorunmasında dünyada nümunə olacaq ölkələrdən biridir. Biz Bakı şəhər dindarları bildiririk ki, vətənimizdə dini və etnik zənginlik həmişə diqqətdə saxlanılıb, xalqımız tolerantlıq ənənələrini tarix boyu yaşadıb və inkişaf etdirib. Cənub qonşumuz, din qardaşı adlandırdığımız İran isə, hər vəchlə bu ənənələrə müxalif olan ermənilərə müdafiə etməyə can atır. Ermənistanın ərazi bütövlüyünü özlərinin "qırmızı xətt"i saydıqlarını bar-bar bağıran İran rəsmiləri, yüksəkvəzifəli şəxsləri çox qəribədir ki, 30 il ərzində bir dəfə də olsun Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi, yurdlarını viran qoyması, talaması, yüz minlərlə əhalisini didərgin salması, vətəndaşlarımızı əsir götürməsi, xalqımıza qarşı soyqırımları törətməsi barədə danışmayıb.
Özünün İslam respublikası olduğunu iddia edən İran, Ermənistanın Qarabağ və Şərqi Zəngəzurda digər tarixi, mədəni abidələr bir yana, islam irsinə qarşı həyata keçirdiyi vandallıq aktları barədə də heç bir mövqe ortaya qoymayıb. Erməni vəhşiləri tərəfindən tarixi torpaqlarımızda 60-dan çox məscidimiz dağıdılıb, xalqımıza məxsus bu müqəddəs məkanlar təhqir olunaraq onlardan donuz tövləsi kimi istifadə olunub. Amma islam bayrağı daşıyan İran Ermənistanın bu islamofob davranışına, barbarlığına susqunluqla yanaşıb. Vətən müharibəsi zamanı 44 gün ərzində xalqımızın hər bir üzvünün, eləcə də soy-kökü ilə Azərbaycana bağlı olan həmvətənlərimizin ölkəmizin dar günündə həmrəylik nümayiş etdirməsi, bütün cəbhələrdə savaşa atılması, müzəffər sərkərdə İlham Əliyevin "dəmir yumruğu"na çevrilərək düşmənin başını əzməsi sayəsində torpaqlarımız işğaldan azad edildi, Qarabağın ürəyi Şuşada Zəfər təntənəsi yaşandı. Qələbəmizi həzm edə bilməyən İran düşmən xislətini gizlətmədi, İslam dininin dəyərlərinə hörmətsizlik nümayiş etdirdi.
Biz dindar olaraq İranın regionda haqsız siyasətinə qəti etirazımızı bildirir və adıçəkilən ölkənin yanaşmasının müqəddəs İslam dininin qardaşlıq ruhu ilə ziddiyyət təşkil etdiyini bəyan edirik".
Vladimir Putin Birinci vitse-prezident Mehriban Əliyevanı təbrik edib
“Ramiz Mehdiyevin kürəkəni ilə razılaşmasaq, həbsə gedəcəyimizi demişdi” - İDDİA
Paytaxtın bəzi küçələrində sıxlıq müşahidə olunur - FOTO - YENİLƏNİB
Azərbaycanda logistika sahəsində xidmətlərin həcmi necə böyüyüb? - İQTİSADÇI
Bakının illərdir sağalmayan yarası olan tıxac niyə yaranır? – MÜTƏXƏSSİS
Metronun çıxışındakı bərbad səki təhlükə yaradır – ŞİKAYƏT – VİDEO
İlham Əliyevin Özbəkistana dövlət səfəri ilə bağlı VİDEOİCMAL
Sumqayıtda 2022-ci ildə sökülən yol hələ də təmir edilməyib - VİDEO
Leyla Əliyeva ilk Buxara Biennalesinin əsərləri ilə tanış olub - FOTO
Prezident İlham Əliyevin Özbəkistana dövlət səfəri başa çatıb - FOTO
İlham Əliyevin Daşkənd səfəri Azərbaycana nələr qazandıracaq? - İQTİSADÇI










