"Bakını piyada yönümlü şəhərə ÇEVİRMƏYİ PLANLAŞDIRIRIQ" - AÇIQLAMA

"Biz ümumiyyətlə Bakı şəhərini piyada yönümlü şəhər tipinə çevirməyi planlaşdırırıq. Bu, Bakı şəhərinin baş planında da əsas qarşıya qoyulan məqsədlərdəndir. Piyada yönümlü şəhəri olduqda bu zaman avtomobil nəqliyyatının hərəkəti qismən, ya tamamən məhdudlaşdırılır. İndi bizdə hazırda bir neçə barmaqla sayacaq qədər yer var, hansı ki, ora avtomobillərin girişi qadağandır, məhdudlaşdırılıb. Təbii ki, bu getdikcə genişləndiriləcək. İndi Xaqani küçəsində də belə bir yerin avtomobil nəqliyyatına girişin məhdudlaşdırılması, qadağan edilməsi planlar çərçivəsində görülən işlərdəndir".
Avtosfer.az xəbər verir ki, bu sözləri Redaktor.az-a açıqlmasında nəqliyyat eksperti Yasin Mustafayev Bakıda Xaqani bağının ətrafında nəqliyyatın hərəkətinin məhdudlaşdırılması barəsində danışarkən deyib.
Onun sözlərinə görə, əslində bu ərazidə nəqliyyatın məhdudlaşdırılması sıxlığın və yaxud tıxacın yaranmasına səbəb olmayacaq: "Çünki bura kəsişmə deyil, yaxud bura əvvəlcədən də nəqliyyatın çox sıx olduğu bölgə deyil. Bura adətən əvvəlcədən də elə parkinq ərazisi kimi çox vaxt istifadə olunurdu. Yəni o ərazidə demək olar ki, avtomobilləri səhərdən gəlib axşama qədər park edib, axşam da götürüb aparırdılar. Və yaxud da yerli əhali orada avtomobillərini park edirdilər. Bir az sıxıntı orada yaşayan yerli əhalinin avtomobillərinin park edilməsində yaranacaq. Amma əslində insanlar üçün daha geniş, təhlükəsiz ərazinin formalaşmasının şahidi olacağıq. Yəni görəcəyik ki, piyadalar üçün daha da geniş gəzməyə, uşaqlar üçün oynamağa, əylənməyə ərazilər yaranacaq. Yəni biz buna alışmalıyıq. Belə ərazilərin sayı getdikcə artacaq".
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Daşkənddə Nizami Gəncəvi adına Milli Pedaqoji Universitetin açılışı olub - FOTO
Prezidentin şərəfinə verilən ziyafətdə möhtəşəm ifa - VİDEO
Daşkənddə Azərbaycan-Özbəkistan sənədlərinin imzalanması və mübadiləsi mərasimi olub - FOTO - YENİLƏNİB
Azərbaycan və Özbəkistan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - FOTO
Daşkənddə maraqlı anlar: Tələbə İlham Əliyevi Azərbaycan dilində salamladı - VİDEO
Azərbaycanın və Özbəkistanın birinci xanımlarının təkbətək görüşü olub - FOTO
Leyla Əliyevanın Daşkənddən PAYLAŞIMI - FOTO
İlham Əliyev və Mirziyoyev yeni layihələrin açılışında iştirak etdilər - FOTO
Mirziyoyev: "İlham Əliyevin səfəri tarixi hadisədir"
İlham Əliyevdən Zəngəzur dəhlizi ilə bağlı AÇIQLAMA










