Bakının bir nömrəli yolunda təhlükəli vəziyyət yaranıb - Tıxac və qəza riski var - FOTO

Paytaxtın Heydər Əliyev prospekti 79-da təhlükəli vəziyyət yaranıb. Avtosfer.az xəbər verir ki, prospektin köməkçi yoluna Nərimanov metrosu istiqamətindən çıxan sürücülər təhlükə ilə üz-üzə qalır.
Belə ki, yolun sağ və sol tərəfində dekorativ ağaclar əkilib və bu da sürücülərin gələn avtomobilləri görməsinə maneə yaradır. Bu isə qəza riskini artırır. Ərazidən hər gün istifadə edən sakinlər deyir ki, yola çıxan zaman maksimum ehtiyyat edirlər. Çünki sağdan gələn maşını görmək mümkün deyil. Nəticədə baş verə biləcək hadisə qaçılmaz ola bilər.
Həmin ağaclarla bağlı hansı tədbirlər görmək olar?
Avtosfer.az bildirir ki, həmin ağaclar leylandra bitkisidir və onun budanması mümkün deyil. Yəni, budanarsa ağac quruyacaq və məhv olacaq. Yolda məhdudiyyət yaradan ağacların köçürülməsi daha məqsədəuyğundur. Bunun üçün isə Dövlət Yol Polisi və ya digər aidiyyatı qurum müvafiq olaraq həmin rayonun İcra hakimiyyətinin tabeliyində olan yaşıllaşdırma idarəsinə müraciət etməlidir. Həmin idarə isə müvafiq olaraq Ekologiya Nazirliyinin aidiyyatı şöbəsindən alınmış rəy əsasında ağacı köçürə bilər.
Lakin ortada bir məsələ var. Bu prosedur qaydaları nə qədər qısa müddətdə olsa o qədər yaxşıdır. Çünki baş verəcək növbəti qəzadan, ölümdən sonra tez-tələsik təşvişə düşməyin bir mənası olmayacaq.
Fərid
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI














