Bakının cənub giriş-çıxışında hərəkət məhdudlaşdırılır

Bu gün Bakıda Bibiheybət məscidinin yanından “Bayraq meydanı”na qədər olan yolda “Oyunlar zolağı”nın işarələnməsi işləri aparılacaq.
Avtosfer.az xəbər verir ki, bu barədə Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin mətbuat katibliyindən verilən məlumata görə, işarələnmə işləri saat 12:00-dan axşam saat 17:00-dək davam edəcək. Göstərilən müddət ərzində həmin istiqamətdə nəqliyyat vasitələrinin hərəkəti hissə-hissə qismən məhdudlaşdırılacaq.
Qeyd edək ki, Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC I Avropa Oyunlarında müəyyən edilmiş marşrut üzrə əsas yol şəbəkəsində “Oyunlar zolağı”nın işarələnməsi işlərinə aprelin 27-dən start verib. Artıq Ziya Bünyadov prospektində, Bakı Dairəvi-1 avtomobil yolunda, Ələt-Astara magistralının “Lökbatan dairəsi”ndən Bibiheybət məscidinə qədər olan hissəsində “Oyunlar zolağı” çəkilib. Eni 3,75 metr olan “Oyunlar zolağı”nın kənarlarında 15 santimetr enində sarı xətt və asfalt üzərində isə təyin ediləcək yerlərdə Bakı Avropa Oyunlarının loqotipinin şəkli çəkilir. Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən “Oyunlar zolağı”na nəzarət ediləcək və kənar maşınların bu zolaq ilə hərəkəti tamamilə məhdudlaşdırılacaq.
Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC müvəqqəti narahatçılığa görə sürücülərdən üzr ustəyir və görülən işlərə anlayışla yanaşmalarını xahiş edir.
Bakının küçələrində piyadalar üçün nələr dəyişməlidir? – TƏKLİF
Azərbaycanda Instagram və TikTok-a giriş BAĞLANDI - Nə baş verir?
Həftəyə tıxacla başladıq - SİYAHI
Ukraynada seçkilər keçiriləcək - ZELENSKİ AÇIQLADI
Vahid forma məktəblərdə subyektiv yanaşmaların qarşısını alacaq - AÇIQLAMA
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - Ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Jurnalistikada bakalavr təhsili alan tələbələrin ixtisaslaşdırılması niyə aparılmır? - AÇIQLAMA












