Bakıya 100 yeni avtobus gətiriləcək - FOTO

Bakıya 100 ədəd yeni İSUZU Anadolu avtobusları gətiriləcək. Avtosfer.az xəbər verir ki, bu barədə “Xaliq Faiqoğlu” MMC-nin nümayəndəsi Bakıda keçirilən TransCaspian 2015 beynəlxalq nəqliyyat sərgisində oxu.az-a bildirib ki, yeni gətiriləcək avtobuslar geniş salonu, rahat oturacaqları və müasir texniki təchizatı ilə fərqlənir.
Avtobuslarda əlillər üçün xüsusi pandus quraşdırılıb və fiziki məhdudiyyətli insanlar üçün oturacaqlar və əlil arabasının yerləşəcəyi xüsusi bölmə mövcuddur.
Yeni avtobuslar sürücünün sərnişinləri müşahidə edə biləcəyi müasir videomüşahidə və videoqeydiyyat sistemi ilə təchiz edilib. Bunun üçün bütün salonda videokameralar quraşdırılıb.
Qeyd edək ki, yeni gətirilmiş avtobusların hansı marşrut xətti ilə hərəkət edəcəklərilə bağlı hələ ki dəqiq məlumat yoxdur. Ümumilikdə, Bakı 2015 Avropa Oyunlarına qədər Bakıya bu tipli 100 yeni avtobusun gətirilməsi planlaşdırılır.
Bakının küçələrində piyadalar üçün nələr dəyişməlidir? – TƏKLİF
Azərbaycanda Instagram və TikTok-a giriş BAĞLANDI - Nə baş verir?
Həftəyə tıxacla başladıq - SİYAHI
Ukraynada seçkilər keçiriləcək - ZELENSKİ AÇIQLADI
Vahid forma məktəblərdə subyektiv yanaşmaların qarşısını alacaq - AÇIQLAMA
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - Ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Jurnalistikada bakalavr təhsili alan tələbələrin ixtisaslaşdırılması niyə aparılmır? - AÇIQLAMA












