Bayram günləri Bakıda avtobuslar necə işləyəcək? - AÇIQLAMA

Bir neçə gündən sonra ölkəmizdə Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı qeyd ediləcək. Bayram günlərində paytaxt yollarında əhalinin sıx hərəkət edəcəyi ehtimal olunur.
Bəs, bu günlərdə ictimai nəqliyyatın hərəkəti necə təşkil ediləcək? Bakı Nəqliyyat Agentliyi (BNA) avtobusların hərəkət qrafikində hər hansı bir dəyişiklik edəcəkmi?
Məsələ ilə bağlı BNA-nın Sərnişindaşıma fəaliyyətinin tənzimlənməsi şöbəsinin müdiri Vüqar Məmmədzadə Trend-ə bildirib ki, ümumilikdə, iş və ya qeyri-iş günlərində müntəzəm marşrut xətləri üzrə gündəlik reysə çıxan avtobusların sayı sərnişin tələbatına uyğun tənzimlənir.
“Bu tətil günlərində də sərnişindaşımalar bu qaydalar əsasında tənzimlənəcək. Əhalinin bayram tətili günlərində ictimai nəqliyyatdan rahat istifadəsində hər hansı bir narahatlıq olmayacaq. Adətən bayram günlərində əhali dincəlmək üçün daha çox şəhərdən kənara getdiyi üçün marşrut şəbəkəsində sərnişin sıxlığı olmur”, - deyə şöbə müdiri bildirib.
Prezidentin hesablarında Vətən müharibəsi ilə bağlı video paylaşılıb - VİDEO
Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı
Azərbaycana qarşı hibrid hücumların məqsədi nədir? – POLİTOLOQ
Qarabağ və Şərqi Zəngəzura ayrılan 13,2 milyard vəsait hansı istiqamətlərdə xərclənəcək? - AÇIQLAMA
Elektrikli avtomobillər 4 dəqiqəyə şarj olunur: Ən sürətli modellər AÇIQLANDI
Dayanacaq ciblərində asfalt niyə sıradan çıxır? – ARAŞDIRMA
Bu yollarda tıxac var - SİYAHI
Prezident İlham Əliyev AQEM-in Zirvə Görüşündən paylaşım edib - VİDEO
Qanunda dəyişiklik; erkən evliliklə bağlı qaydalar sərtləşdirilməlidir? – SORĞU – VİDEO
Özbəkistanda maraqlı qayda: Erkən nikahla bağlı məlumat ver, pul qazan
Yasamalda səkilər niyə genişləndirilmir? – RƏSMİ AÇIQLAMA












