"Bayram günlərində qarlı hava şəraiti gözlənilmir"

31 dekabr, 1-2 yanvar tarixlərində ölkə ərazisində hava şəraiti nisbətən sakit keçəcək.
Bunu "Report"a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin rəisi Nazim Mahmudov deyib.
Onun sözlərinə görə, qeyd edilən tarixlərdə hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir:
"Proqnozlaşdırılan məlumata görə, Bakı və Abşeron yarımadasında mülayim cənub-qərb küləyi əsəcək, havanın temperaturu günorta saatlarında 10-15 dərəcə isti olacaq. Bölgələrdə də həmçinin əsasən havanın yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq, mülayim qərb küləyi müşahidə olunacaq. Aran rayonlarında 12-17, dağlıq ərazilərdə 7-12 dərəcə isti təşkil edəcək".
Nazim Mahmudov bayram günlərində Qarabağ və Şərqi Zəngəzur bölgəsində də gözlənilən hava şəraitini açıqlayıb:
"Qarabağ və Şərqi Zəngəzurda hava əsasən yağmursuz olacaq. Gecə və səhər bəzi rayonlarda arabir duman müşahidə ediləcək. Mülayim qərb küləyi yanvar ayının 1-i gecə və səhər bəzi yerlərdə qısamüddətə 15-17 m/s-dək güclənəcək. Havanın temperaturu gecə 0-5 dərəcə, gündüz 8-13 dərəcə isti olacaq, dağlarda gecə 1-6 dərəcə şaxta, gündüz 0-5 dərəcə isti olacaq".
Xidmət rəisi həmçinin qeyd edib ki, bayram günlərində qarlı hava şəraiti gözlənilmir.
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












