Bayramı rayonda keçirənlər avtovağzallardan paytaxta bilet tapa bilibmi? - VİDEO

Bayram tətilinin sonuncu günü rayon avtovağzallarında canlanma müşahidə olunub.
Şəki avtovağzalında Ramazan bayramı tətilinin son günü daha çox Bakı, Gəncə, Sumqayıt istiqamətində intensivlik müşahidə olunub.
Bakı istiqamətində yola düşənlər biletləri onlayn və adi qaydada əldə etdiklərini bildiriblər.
Paytaxta tələbat daha çox olduğundan səhər saatlarından əlavə avtobuslar cəlb edilib.
Lənkəran avtovağzalında da aktivlik müşahidə olunub. Bakıya getmək istəyənlər səhər saatlarından avtovağzala üz tutublar.
Bununla yanaşı, Astara-Bakı istiqamətində hərəkət edən avtobuslar da Lənkəran avtovağzalına maneəsiz daxil olaraq sərnişin yığıblar.
Ramazan bayramı tətilinin son günündə Gəncə Beynəlxalq Avtovağzalında canlanma müşahidə olunub.
Sərnişinlərin problem yaşamaması üçün avtovağzalda ehtiyat tədbirləri də görülüb.
Daha ətraflı videomaterialda.
DİN vəkil Orxan Kəngərli və digərlərinin həbsi ilə bağlı məlumat yaydı - VİDEO
Prezidentlər Birgə Bəyanat qəbul etdilər - FOTOLAR
Dövlət qulluğu imtahanı ilə bağlı nələr dəyişəcək? – RƏSMİ AÇIQLAMA
Güclü yağışlardan sonra sürüşmə təhlükəsi: Riskli ərazilərə kim nəzarət etməlidir? - AÇIQLAMA
2026-cı ilin 9 ayında büdcədə yaranan profisiti növbəti ilin kəsrinə yatırmaq olar? - RƏY
Magistralların kəsişdiyi nöqtə: Xırdalan dairəsində niyə tıxac yaranır? – ARAŞDIRMA
Prezident Hanoyda “İnqilab şəhidləri” abidəsini ziyarət etdi - FOTOLAR
Tıxac olan yolların SİYAHISI
İlham Əliyevin Vyetnama rəsmi səfəri ilə bağlı VİDEOÇARX - VİDEO
İndiyədək neçə avtomobil utilizasiyaya verilib? - AÇIQLAMA
İlham Əliyev Vyetnama rəsmi səfərə gedib - FOTO












